Gürcüstanda baş verən torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb
Tbilisi, 2 oktyabr, AZƏRTAC
Gürcüstanın Acarıstan Muxtar Respublikası ərazisində yağan güclü leysan yağışları nəticəsində torpaq sürüşməsi baş verib.
Xelvaçauri bələdiyyəsinin Kveda Coço kəndində 5 nəfər torpaq altında qalaraq həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəetməsi Xidməti məlumat yayıb.
Bildirilir ki, torpaq sürüşməsi nəticəsində bir neçə ev, yardımçı tikili və avtomobil torpaq altında qalıb.
Həlak olanların 3-ü yaşadığı evdə, 2-si isə avtomobilində olduğu vaxt 200 metr yüksəklikdən düşən torpaq kütləsinin altında qalıb.
Torpaq altında daha bir neçə nəfərin qalması da istisna edilmir.
Təbii fəlakət nəticəsində bələdiyyə ərazisindən keçən magistral yollarda yerləşən infrastruktura və Kveda Coça kəndinə böyük miqdarda ziyan dəyib.
Hazırda Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasetmə bölmələrinin ərazidə axtarış xilasetmə tədbirlərinin davam etdiyi bildirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]