Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 min nəfəri ötüb
Tbilisi, 24 avqust, AZƏRTAC
Bu ilin yanvarın 1-dən avqustun 22-dək Gürcüstanda 400 nəfər HİV virusuna yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın QİÇS və İnfeksion Patologiya, Kliniki İmmunologiya Mərkəzi məlumat yayıb.
Bildirilir ki, cari il avqustun 22-nə olan statistikaya əsasən, hazırda Mərkəzdə 10 min 170 HİV xəstəsi qeydiyyatdadır. Onlardan 7604 nəfəri kişilər, 2566-sı isə qadınlardır.
Xəstələrin böyük əksəriyyəti 29-39 yaş arasında olan insanlardır.
Ən çox xəstə paytaxt Tbilisidədir -3830 nəfər. Onların da 100 nəfəri xarici ölkə vətəndaşıdır.
Bu il 96 HİV xəstəsi ölüb. Onların da 74-ü kişi, 22-si isə qadındır.
Ölkə üzrə 129 uşaq HİV-ə yoluxub, onların 76-sı oğlan, 53-ü qız uşağıdır.
QİÇS 4340 xəstə arasında inkişaf edib, 1734 nəfər dünyasını dəyişib.
Hazırda 6284 nəfər müalicə olunur, onların da 41-i uşaqdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]