Gürcüstanda koronavirusa yoluxanların sayı 10 minə çatır
Tbilisi, 7 oktyabr, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxanların sayı artmaqda davam edir.
Son sutkada daha 508 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında bildirilib.
Bununla da ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 9 min 753 nəfərə çatıb. Onların 4 887-si sağalıb, 58-i isə pandemiyanın qurbanı olub.
Hazırda Gürcüstanda karantin zonalarında 5 655, stasionar nəzarətdə 836 nəfər saxlanılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]