Gürcüstanda koronavirusa yoluxma hallarının artacağı istisna edilmir
Tbilisi, 10 mart, AZƏRTAC
Gürcüstanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır. Bununla belə, ölkədə bu virusa yoluxma hallarının artacağı istisna edilmir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, ölkədə 466 nəfər koronavirusa yoluxma ehtimalı ilə əlaqədar müayinədən keçirilib, lakin onlarda yoluxma halı aşkarlanmayıb. Hazırda Gürcüstanda koronavirusa yoluxma ilə bağlı yeni fakt qeydə alınmayıb.
Mərkəz rəhbəri deyib ki, koronavirusa 15 yoluxma halı təsdiqlənib. Hazırda karantində 178, stasionar nəzarətdə isə 56 nəfər saxlanılır.
Hökumət koronavirusla mübarizəyə xüsusi diqqət yetirir və xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə olunur.
A.Qamkrelidze deyib: “Gürcüstan qlobal dünyanın bir parçasıdır. Ölkədə daha insanların koronavirusa yoluxmayacağını söyləmək olmaz. Koronavirusa yoluxma hallarının artacağını istisna etmirik”.
Qeyd edək ki, hazırda Gürcüstanda iki nazir müavini və parlamentin komitə sədri koronavirus şübhəsi ilə özlərini cəmiyyətdən təcrid ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]