Gürcüstanda kütləvi vaksinasiyaya başlanılır
Tbilisi, 2 iyul, AZƏRTAC
İyulun 5-dən Gürcüstanda koronavirusa qarşı kütləvi vaksinasiyaya başlanılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, ölkədə bunun üçün kifayət qədər vaksin ehtiyatı var.
Kütləvi vaksinasiya “Sinofarm” peyvəndi ilə başlanacaq. Bir neçə gündən sonra isə “Sinovak”, “AstraZeneka” və “Pfizer” peyvəndləri ilə davam edəcək.
Mərkəzin rəhbəri gün ərzində 20-25 min insanın peyvənd olunacağına ümid etdiyini bildirib.
O deyib ki, bu minvalla dekabr ayında ölkənin yaşlı əhalisinin 60 faizdən çoxunun vaksinasiyasına nail olunacaq.
Qeyd edək ki, iyulun 1-nə olan statistik məlumata görə, Gürcüstanda 265 min 290 nəfər peyvənd olunub. Onların 103 min 170-i vaksinin hər iki dozasını qəbul edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]