Gürcüstanda pandemiya ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırılır
Tbilisi, 8 mart, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il noyabrın 28-dən Gürcüstanda tətbiq olunan məhdudiyyətlərin bir hissəsi martın 8-dən aradan qaldırılır.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Qərara əsasən, bu gündən ölkə ərazisindəki bütün restoranların qapalı otaq və kupelərdə fəaliyyətinə icazə verilir.
Bütün dağ kurortları açılır, alış-veriş mərkəzləri və yarmarkaların şənbə və bazar günləri də fəaliyyəti bərpa olunur.
Bununla belə, Koordinasiya Şurasının qərarına əsasən, axşam saat 21:00-dan səhər 05:00-dək mövcud olan hərəkət məhdudiyyəti - komendant saatı qüvvədə qalır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]