Gürcüstanda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb, 10 nəfər yaralanıb
Tbilisi, 8 aprel, AZƏRTAC
Gürcüstanın İmereti bölgəsinin Xoni rayonu ərazisində xarici turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, nəticədə 10 turist xəsarət alıb. Yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər. Onların hamısı Litva vətəndaşlarıdır.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma başlayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [17:29]