Gürcüstanın Bolnisi rayonunda xeyriyyə fondu yaradılmışdır
Tbilisi, 26 iyul (AZƏRTAC). İyulun 25-də Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonundakı Faxralı kəndində “Arif Əliyev xeyriyyə fondu”nun yaradılması ilə əlaqədar mərasim keçirilmişdir.
Gürcüstan Dövlət Nazirliyinin reinteqrasiya məsələləri üzrə məsul əməkdaşı Savalan Mirzəyev AZƏRTAC-a demişdir ki, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin meneceri olmuş Arif Əliyev qısa müddətdə bölgədə böyük xeyriyyəçilik işləri görmüşdür. İmkansız ailələrə yardım göstərmək, yeni iş yerləri yaratmaq, müxtəlif xeyriyyə işləri görmək fondun əsas məqsədidir.
Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Hüseyn Yusifov, Marneuli Rayon İcra Hakimiyyəti başçısının müavini Heydər Musayev, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov mərasimdə çıxış edərək fondun günün tələblərindən yarandığını vurğulamış, təşəbbüsün təşkilatçılarına uğurlar diləmişlər.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]