GÜRCÜSTANIN TETRİSXARO (AĞBULAQ) RAYONUNUN XAİŞİ KƏND SAKİNLƏRİ PREZİDENT SARAYI QARŞISINDA AKSİYA KEÇİRMİŞLƏR
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinə daxil olan Tetrisxaro rayonunun Xaişi kənd sakinləri mayın 25-də Gürcüstan Prezidenti Sarayı qarşısında etiraz aksiyası keçirmişlər. Onlar Bakı-Tbilisi-Ceyhan neft kəmərinin həmin kəndə məxsus ərazisindən keçən hissəsinə görə verilən müavinətdən narazı olduqlarını bildirirlər. Aksiya iştirakçılarının sözlərinə görə, rayonun icra başçısı tamamilə qanunsuz olaraq saxta sənəd tərtib edərək müavinət almış və bunu kənd əhalisinin yalnız 42 nəfərinə paylamışdır. Qalan sakinlərə müavinət verilməmişdir.
Xaişililər Gürcüstan iqtidarından tədbir görməyi xahiş etmişlər. Əks təqdirdə Prezident Sarayı qarşısında aclıq elan edəcəklərini bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]