Gürcüstanın xarici dövlət borcu 7,7 milyard ABŞ dolları olub
Tbilisi, 11 mart, AZƏRTAC
Ötən il Gürcüstanın xarici dövlət borcu 8 milyard ABŞ dollarına yaxınlaşıb. Cari il yanvarın 31-nə olan göstəriciyə əsasən, Gürcüstanın ümumi xarici dövlət borcu 7,7 milyard dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq maliyyə qurumlarının hesabatına görə, bu il Gürcüstanın xarici dövlət borcu daha da artacaq. “S&P Global” beynəlxalq reytinq agentliyi bu il Gürcüstanın dövlət borcunda rekord artım olacağını proqnozlaşdırır.
Təşkilatın yayımladığı makroiqtisadi hesabatda deyilir ki, 2021-ci ilin sonunadək Gürcüstanın dövlət borcu 5,9 faiz artaraq ÜDM-in 69,5 faizinə bərabər olacaq. Hazırda bu göstərici ÜDM-in 63,6 faizi qədərdir.
“S&P Global” ilin sonuna qədər Gürcüstanda 1 ABŞ dollarının 3,5 lariyə yüksələcəyini proqnozlaşdırır. Eyni proqnoza görə, borc 2022-ci ildə ÜDM-in 69,5 faizi səviyyəsində qalacaq, 2023-cü ildə 67,9 faizə, 2024-cü ildə isə 66 faizə enəcək.
Qeyd edək ki, Gürcüstanın Azərbaycana borcu 5,4 milyon dollardır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]