“Hacı Zeynalabdin Tağıyevin milli miqyası” – “Novruz mühazirələri”
Bakı, 15 mart, AZƏRTAC
Martın 16-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə növbəti “Novruz mühazirəsi” keçiriləcək.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbdə keçiriləcək “Novruz mühazirəsi”ndə tarix elmləri doktoru, dosent Fərhad Cabbarov çıxış edəcək.
Mühazirə “Hacı Zeynalabdin Tağıyevin milli miqyası” mövzusuna həsr olunacaq. Fərhad Cabbarov mühazirədə “H.Z.Tağıyevi zənginliyə aparan yol: təsadüf, yoxsa gərgin zəhmətin nəticəsi?”, “H.Z.Tağıyev milli sahibkarlığın təməlində duranlardan biri kimi”, “Milli təhsilimizin inkişafında Tağıyev nümunəsi”, “Tağıyevin qızlar məktəbi - xeyriyyəçinin şah əsəri” mövzularında söhbət açacaq.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi “Novruz mühazirələri”ni 2016-cı ildən etibarən keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
- 09.06.2026 [16:07]