“Harold” tropik qasırğası Texas ştatının Padre adasına çatıb
Bakı, 23 avqust, AZƏRTAC
“Hilari” qasırğası Kaliforniya və Nevada ştatlarına təsir etdikdən sonra onun növbəti ünvanı Texas olub.
AZƏRTAC “CBC News”un məlumatına istinadla xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzinin verdiyi açıqlamada “Harold” qasırğasının səhər saatlarında Padre adasına çatdığı qeyd edilib.
Açıqlamada “Harold” qasırğasının gecə saatlarında Meksika körfəzindən Texasa doğru irəlilədiyi bildirilib.
Qasırğanın yaratdığı neqativlərə qarşı ayıq-sayıq olmağa və onun yaratdığı küləyin sürətinin saatda təxminən 80 kilometrə çata biləcəyinə çağırış edilib.
“Harold” qasırğasının şiddətli yağış və güclü küləklə Texasın cənubunda və ölkənin daxili hissəsində təsirini davam etdirəcəyinə diqqət çəkilib.
Texas qubernatoru Greg Abbott, qasırğa tədbirlərinin bir hissəsi olaraq Texas milli qvardiyasının və sürətli su xilasetmə gəmisinin ekipajlarının ərazidə yerləşdirildiyini açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]