“Həmin gecə” kompozisiyası təqdim edilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). “Qafqaz Media” İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Birliyin sədri Azadə Hüseynova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söz açmışdır.
A.Hüseynova həkim briqadasının tərkibində özünün iştirakı ilə 20-ci sahədə 13 nömrəli birləşmiş şəhər xəstəxanasının sahə həkimlərinin 3 gün gecə-gündüz yaralılara qulluq etdiklərini, şəhər sakinlərinin necə vətənpərvərliklə yaralılara qan verdiklərini, onların qeydinə qaldıqlarını söyləmişdir.
Çıxış edənlər 20 Yanvar faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi qiymət verildiyini bildirmişlər.
Tədbirdə Bakıdakı 219 nömrəli məktəbin şagirdlərinin ifasında A.Hüseynovanın “Həmin gecə” poeması əsasında səhnələşdirilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Kompozisiyanın rejissoru Elgün Seyidzadədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]