Həmvətənlərimiz Azərbaycan Prezidenti seçkilərində iştirak etmək üçün Ukraynanın müxtəlif guşələrindən Kiyevə gəlirlər
Kiyev, 9 oktyabr (AZƏRTAC). Sumı vilayətindən olan həmvətənlərimiz indicə Ukrayna paytaxtına, 17 saylı Yasamal üçüncü seçki dairəsinin Azərbaycanın Ukraynadakı səfirliyində yaradılmış 43 saylı seçki məntəqəsinə gəlmişlər. Ukraynanın Kiyev, Donetsk, Xarkov, Dnepropetrovsk və digər vilayətlərindən Azərbaycanın səsvermə hüququna malik olan vətəndaşları buraya daha əvvəl gəlmişlər.
Məntəqə seçki komissiyasının sədri, səfirliyin müşaviri Nazim Əliyev AZƏRTAC-a bildirmişdir ki, Kiyev vaxtilə saat 17-yə (Bakı vaxtilə saat 19-a) qədər seçicilərin 58 faizi səs vermişdir.
MDB Parlamentlərarası Assambleyasının nümayəndələri Anatoli Kolos və Oksana Beletskaya məntəqədə müşahidəçi kimi iştirak edirlər.
Burada Azərbaycan, Ukrayna və Türkiyənin mətbu və elektron KİV-lərinin seçkilərdə akkreditə edilmiş nümayəndələri də var.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]