HƏR GÜN 11 MİLYON DOLLARLIQ İŞ GÖRÜLƏCƏKDİR
“Şahdəniz” yatağından hasil olunacaq qazı Türkiyəyə nəql edəcək boru kəməri layihəsi üzrə görülən işlərə dair AZƏRTAC-ın müxbirinin sualına Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən cavab verərək bildirmişlər ki, imzalanmış “Alqı-Satqı Sazişi”nə görə, Azərbaycandan Türkiyəyə ildə 6 milyard kubmetr qaz nəql edilməlidir.
Layihənin sanksiyalaşdırılmasını gələn ilin birinci yarısında başa çatdırmaq üçün indi gərgin iş gedir. Cədvələ müvafiq olaraq qaz Türkiyəyə 2006-cı ildə çatdırılacaqdır. Təsdiq olunmuş illik iş proqramının reallaşması üçün bp və onun tərəfdaşları 4,3 milyard dollar sərmayə qoymağı planlaşdırmışlar. Bu da o deməkdir ki, gələn il layihə üzrə hər gün 11 milyon dollarlıqdan artıq iş görüləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]