Hərbi qulluqçular arasında atletika üzrə yarış keçirilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, hərbi qulluqçular arasında atletika üzrə yarış keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq qaydalara uyğun olaraq keçirilən yarışda birlik, birləşmə və əlahiddə bölmələrdən 6 komanda üzrə 59 nəfər iştirak edib. Komandalar müxtəlif məsafələrə qaçış, turnikdə dartınma, turnikdə aşaraq dayağa qalxma, eləcə də estafet yarışlarında güclərini sınayıblar.
Yarışa Quru Qoşunlarının fiziki hazırlıq və idman bölməsinin zabitləri hakimlik ediblər.
Hərbi qulluqçuların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi məqsədilə keçirilən yarışın yekununda qaliblərə kubok və medallar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]