“HEYDƏR ƏLİYEV - DEMOKRATİYA VƏ AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Konfransda “Milli lider və demokratiya”, “Heydər Əliyev ideyaları milli mənəvi dəyərlərimizin təməl prinsipləri”, “Azərbaycanda söz və mətbuat azadlığı”, “Heydər Əliyev və milli dövlət quruculuğunda demokratiyanın rolu” və sair mövzularda 12-dən çox məruzə dinlənilmişdir.
Müzakirələrdə çıxış edən natiqlər Azərbaycanın bugünkü tərəqqisini ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlamış, respublikamızın ictimai-siyasi həyatında demokratiyanın inkişafı üçün Prezident İlham Əliyevin gördüyü işlərdən və bu sahədə qazanılan uğurlardan danışmışlar. Konfrans materiallarının kitabça halında çap olunaraq, şəhərin ali və ümumtəhsil məktəblərində yayılması qərara alınmışdır.