Azərbaycan Dövlət İnformasiya Agentliyi

“HEYDƏR ƏLİYEV İRSİ” BEYNƏLXALQ ELEKTRON KİTABXANANIN YENİ NƏŞRİ TƏQDİM OLUNMUŞDUR

AZƏRTAC xəbər verir ki, oktyabrın 12-də Hyatt Regency hotelinin İclas və Konfrans Mərkəzində “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxananın “Heydər Əliyev: Biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına yol verə bilmərik” kitabının təqdimat mərasimi keçirilmişdir.

Milli Məclisin deputatlarının, nazirlərin, dövlət komitəsi və şirkət sədrlərinin, diplomatik korpus, siyasi partiyalar, qeyri-hökumət təşkilatları təmsilçilərinin, tanınmış elm xadimlərinin iştirak etdikləri tədbiri akademik, əməkdar elm xadimi, “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxananın redaksiya heyətinin sədri Asəf Nadirov açaraq layihə barədə məlumat vermişdir. O demişdir ki, Heydər Əliyevin siyasi portretini tam dolğunluqla yaratmaq çox məsul işdir və bəlkə də, mümkünsüzdür. Şübhəsiz ki, ümummilli liderimiz haqqında ən dolğun təəssüratı məhz onun əsərləri - çıxışları, nitqləri, bəyanatları, məktubları yarada bilər. Heydər Əliyev irsinin təbliğində YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyət göstərməkdədir. Fond Heydər Əliyevin zəngin irsinin öyrənilməsi istiqamətində diqqətəlayiq işlər həyata keçirir.

“Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxananı yaratmaqda bizim əsas məqsədimiz isə tarixin ən böyük azərbaycanlısı olan Heydər Əliyevin zəngin irsini beynəlxalq aləmdə geniş oxucu kütləsinə çatdırmaqdan ibarətdir.

“Azerbaijan New Media” Azərbaycan - Bolqarıstan müştərək müəssisəsinin ən böyük layihəsi olan “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxana 2004-cü il may ayının 10-da - ümummilli liderimizin ad günündə internet sisteminə çıxmışdır. Kitabxananın yaradılması ilə Azərbaycanın ən yeni tarixi və inkişafı, keçmişi və gələcəyi ilə maraqlanan oxucularımız Heydər Əliyevin əsərlərini dünyanın bir çox dillərində mütaliə etmək imkanı əldə ediblər.

Akademik məlumat vermişdir ki, dünyada 14 oxşar layihə mövcuddur. Tarixdə böyük iz qoymuş ictimai-siyasi xadimlərin (Avraam Linkoln, Corc Vaşinqton, Franklin Delano Ruzvelt, Mahatma Qandi, Uinston Çörçill, Con Kennedi, Ronald Reyqan, Mustafa Kamal Atatürk və s.) irslərinə həsr edilən kitabxanaların sırasına “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxananın qoşulması, hesab edirik ki, təqdirəlayiq haldır və vaxtında atılmış addımdır.

Asəf Nadirov təqdim olunan kitab haqqında söz açaraq bildirmişdir ki, bu, “Sabaha doğru” kitabından sonra ikinci kitabdır və dörd dildə (Azərbaycan, ingilis, fransız və rus dillərində) çap olunmuş kitaba ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərində Heydər Əliyevin çıxışları, müsahibələri, ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxışı daxil edilmişdir. Kitaba, həmçinin həmin sənədlər üçün yazılmış tarixi arayışlar, indekslər, qeyd olunan zirvə görüşlərinin bəyannamələrindən çıxarışlar, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələri, fotosənədlər əlavə olunmuşdur. Kitabın “Təcavüzkarın dəst-xətti” bölümündə isə erməni təcavüzünün nəticələrini əks etdirən fotoşəkillər verilmişdir.

“Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxananın icraçı direktoru Fuad Babayev kitabxana barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, o, dünyada geniş yayılmış 25 dildə fəaliyyət göstərir. Yeri gəlmişkən, internet məkanında elektron kitabxananın 25 dildə fəaliyyət göstərməsi nadir haldır. Yuxarıda adları çəkilən elektron kitabxanaların hamısı birdilli və ya ikidillidir.

Fuad Babayev slaydların köməyi ilə kitabxananın strukturu, ona daxil olmaq üçün dillər üzrə axtarış sistemi, daimi oxucularının olduğu ölkələr və s. haqqında ətraflı məlumat vermişdir.

Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov, sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Milli Məclisin deputatları Zahid Oruc, Gültəkin Hacıyeva, Qənirə Paşayeva, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənov, İnternet forumunun rəhbəri Osman Gündüz, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov çıxış edərək kitabın məziyyətlərindən, onun həsr olunduğu sammitlərin tarixi əhəmiyyətindən söz açmışlar. Qeyd olunmuşdur ki, Heydər Əliyevin iştirak etdiyi bu üç sammit Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqlar prosesində mühüm mərhələ olmuşdur. 1994-cü ilin dekabrında Budapeştdə keçirilən ATƏT-in dördüncü sammitində Heydər Əliyevin səyi və təşəbbüsü ilə ATƏT-in Minsk qrupunda həmsədrlik institutu təsis edilmişdir. Bu institut vasitəçilərin fəaliyyətindəki rabitəsizliyi aradan qaldırmağa və ATƏT üzvlərinin münaqişənin sülh yolu ilə həllinə yönəldilmiş səylərini nizamlamağa imkan yaratmışdır.

Natiqlər xüsusi vurğulamışlar ki, ümummilli liderimiz Heydər Əliyevin ATƏT-in Lissabon sammitindəki fəaliyyəti hələ uzun illər siyasətçilər üçün örnək olacaqdır. O, zirvə görüşündəki çıxışında “Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik” deyərək, respublikamızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini ATƏT tribunasından bütün dünyaya bəyan etmişdir. Münaqişənin sülh yolu ilə həlli prinsiplərinin əks olunduğu bəndin sammitin yekun sənədinə salınmasına Ermənistan prezidenti veto qoyduqdan sonra, Heydər Əliyev ATƏT sammitlərində hələ heç kəsin etmədiyi bir işi edir. O, bütövlükdə ATƏT-in yekun bəyannaməsinə veto tətbiq edir. Yalnız sammitin yekun iclasında ABŞ nümayəndə heyətinin rəhbəri, vitse-prezident A.Qor qeyd edilən prinsiplərin ATƏT sədrinin bəyanatında səsləndirilməsini və həmin bəyanatın zirvə görüşünün yekun sənədləri sırasına daxil edilməsini təklif etdikdən sonra, Heydər Əliyev öz vetosunu geri götürmüşdür. Adı çəkilən kitaba daxil olan Lissabon zirvə görüşünün yekun iclasının stenoqramı vəziyyətin dramatikliyini aydın göstərir.

Çıxışlarda qeyd edilmişdir ki, məhz Lissabon zirvə görüşündə Heydər Əliyevin sərt mövqeyi və qətiyyəti nəticəsində sammitin yekun sənədləri sırasına daxil olan ATƏT sədrinin bəyanatında Azərbaycanın ərazi bütövlüyü dəstəklənmişdir. 54 ATƏT üzvündən Ermənistan istisna olmaqla 53-nün lehinə səs verdiyi bu qərarın qəbul edilməsi yolunda Heydər Əliyev zirvə görüşünün gedişində 14 ölkənin nümayəndə heyətinin rəhbəri ilə görüşlər keçirmişdir. 1999-cu il noyabrın 18- 19-da keçirilən ATƏT-in İstanbul sammitində isə Avropa Təhlükəsizliyi Haqqında Xartiya, Avropada adi silahlar haqqında müqavilə, İstanbul zirvə görüşünün yekun bəyannaməsi qəbul olunub. Yekun bəyannaməsinin ayrıca bir bəndi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.Xatırladılmışdır ki, son aylar ərzində bir neçə dəfə, o cümlədən bu il sentyabrın 19-da Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev vaxtilə ümummilli liderimizin söylədiyi “Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik” fikrini bir daha qətiyyətlə təsdiqləyərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqeyinin dəyişmədiyini, bir qarış torpağımızın da düşmənə güzəştə gedilməyəcəyini bəyan etmişdir.

Natiqlər yekdilliklə bildirmişlər ki, kitaba daxil olan bütün bu materiallar oxucularımız, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ədalətin zəfər çalmasını arzulayan hər kəs üçün maraqlı olacaqdır. Onların fikrincə, “Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik” kitabı elektron kitabxananın növbəti uğurudur.

“Əbilov, Zeynalov və oğulları” nəşriyyatında çap olunmuş 472 səhifəlik kitabın elmi məsləhətçisi akademik Asəf Nadirovdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir