Hicran Hüseynova: Azərbaycan gender bərabərliyi üzrə müxtəlif beynəlxalq sənədləri ratifikasiya edib
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycanda qadınlarla bağlı məsələlərin həlli üçün qanunlar qəbul olunur, fərman və sərəncamlar imzalanır. Müvafiq beynəlxalq sənədlərin ölkəmizdə tətbiq olunması ilə qadın hüquqlarının reallaşması və təminatı istiqamətində ciddi nailiyyətlər əldə edilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynova “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda söyləyib.
O qeyd edib ki, Azərbaycan gender bərabərliyinin təmin edilməsi üzrə müxtəlif beynəlxalq təşkilatların sənədlərini ratifikasiya edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:19]
Karib hövzəsi ölkələri ASAN modelini öyrənir
- 01.10.2026 [17:11]
Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
- 01.10.2026 [15:18]
Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub
- 01.10.2026 [15:06]