Hindistanın bəzi ştatlarında tibbi maskadan istifadə yenidən məcburi olub
Bakı, 10 aprel, AZƏRTAC
Hindistanda COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar ölkənin bəzi ştatlarında ictimai yerlərdə tibbi maskadan istifadə yenidən məcburi olub.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Hindistanın Səhiyyə Nazirliyi ölkənin 8 əyalətində maskadan istifadənin məcburi olduğunu elan edib.
Hindistanlı epidemioloq Lalit Kant bildirib ki, ölkədə bu halların artması yeni ortaya çıxan koronavirusun XBB.1.16 variantı ilə bağlıdır.
Bildirilib ki, ölkədə sözügedən varianta yoluxma halları fevralda 21,6 faizdən martda 35,8 faizə yüksəlib, lakin xəstəxanaya yerləşdirmə və ya ölüm hallarında analoji artım olmayıb.
Hindistan Səhiyyə Nazirliyi, son 24 saatda 5 min 357 yeni yoluxma faktının aşkar edildiyini, aktiv yoluxma sayının isə 32 min 814 olduğunu bildirib.
Ölkədə təxminən son 6 ayda ən çox yoluxma sayı martın 30-da qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]