Hirkan Milli Parkının ərazisində baş verən yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür
Bakı, 4 avqust (AZƏRTAC). Avqustun 4-də saat 17 radələrində Hirkan Milli Parkının ərazisində, Yuxarı Nüvədi kəndinin yaxınlığında yanğın hadisəsi baş verib.
Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın nəticəsində 30 sot sahəyə ziyan dəyib.
Hazırda alovun söndürülməsi istiqamətində operativ tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]