Hüqo Guevara: ABŞ-da 8 mindən çox azərbaycanlı tələbə təhsil alıb
Bakı, 17 may, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) tələbələr üçün qlobal miqyasda ən cəlbedici təhsil mərkəzlərinin yerləşdiyi ölkələrdən biri olaraq qalır. Məlumatlar Azərbaycandan olan tələbələrin də ABŞ universitetlərinə artan marağını əks etdirir. 2023-2024-cü tədris ilində ABŞ-da universitet səviyyəsində 1,1 milyondan çox əcnəbi tələbə təhsil alıb. Onların 1100-dən çoxu Azərbaycan vətəndaşlarıdır. Bu, əvvəlki illə müqayisədə 25 faiz artım deməkdir. Son dörd il ərzində bu artım tendensiyası davamlı xarakter daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Guevara jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu göstəricilər ABŞ-Azərbaycan təhsil əlaqələrinin möhkəmləndiyini və qarşılıqlı marağın artdığını göstərir. “Son onilliklər ərzində ABŞ-da 8 mindən çox azərbaycanlı tələbə təhsil alaraq müxtəlif ixtisaslar üzrə dərəcələr əldə edib. Onlar qazandıqları bilik və təcrübə ilə Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə veriblər. Azərbaycanlı tələbələrin ABŞ-da əldə etdikləri təhsil təcrübəsi onların fərdi inkişafına və ölkələrinin gələcəyində aktiv rol almalarına zəmin yaradır. Bu, bizim üçün xüsusilə qürurverici və strateji əhəmiyyət kəsb edən bir göstəricidir”, - deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.06.2025 [18:21]
Prorektor gələcək təhsil liderləri ilə görüşüb
- 21.06.2025 [17:41]
Filologiya fakültəsinin məzunları 30 il sonra yenidən BDU-da
- 21.06.2025 [17:38]
MEK-də professor Əsədulla Cəfərovun şəxsi kitab kolleksiyası yaradılıb
- 21.06.2025 [17:36]