Hüseyn Yusubov: Biz Gürcüstanda yaşayan azərbaycanlılar Zəfər Gününün sevincini ikinci dəfə yaşadıq
Tbilisi, 12 noyabr, AZƏRTAC
Biz Gürcüstanda yaşayan azərbaycanlılar Zəfər Gününün sevincini ikinci dəfə yaşadıq. Sanki Azərbaycan Ordusu elə bu gün qələbə qazanıb. Bizə bu qələbəni, bu sevinci yaşadan Azərbaycan Prezidenti, Azərbaycan əsgəri və Azərbaycan xalqı var olsun.
Bu sözləri Tbilisidə Zəfər Günü münasibətilə keçirilən tədbirdə iştirak edən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov AZƏRTAC-a müsahibəsində söyləyib.
Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsini tarixi və çox mühüm qələbə adlandıran H.Yusubov deyib: “Bu qələbə bütün türk dünyasının qələbəsidir. Azərbaycan dövləti bununla təkcə Azərbaycanda və Gürcüstanda yaşayan türkləri sevindirmədi. Bununla bütün türk dünyasını sevindirdi. Bu qələbə münasibətilə bir daha hamını təbrik edirəm, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.
GAK sədri deyib: “Bu günlərdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Gürcüstana işgüzar səfərə gəlmişdi. Bu səfər çərçivəsində iki dost və qonşu ölkələr olan Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin bütün sahələrdə inkişafına dair bir daha siyasi iradə nümayiş etdirildi. Bu bizim də burada yaxşı yaşamağımız üçün yeni imkanlar açır. Biz bunu yüksək qiymətləndiririk”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]