Hyustonda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı aksiya keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Hyuston Azərbaycanlıları Təşkilatı, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) təşkilatçılığı və Amerika Türkləri Assosiasiyasının (ATA) dəstəyi ilə Hyustonda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı aksiya keçirilmişdir.
Hyuston Azərbaycanlıları Təşkilatının sədri Cavid Zeynalov AZƏRTAC bildirmişdir ki, aksiyada ABŞ-da yaşayan və təhsil alan soydaşlarımız, Azərbaycan diasporunun nümayəndələri və başqaları iştirak etmişlər.
Tədbir iştirakçıları Xocalıda qətliamı törədənləri, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yuman beynəlxalq təşkilatları qınayan şüarlar səsləndirmişlər.
Tədbirdə çıxış edən Hyuston Azərbaycanlıları Təşkilatının sədri Cavid Zeynalov aksiya iştirakçılarına Xocalı faciəsi barədə geniş məlumat vermişdir. O qeyd etmişdir ki, yürüşün məqsədi 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımını bütün dünyaya çatdırmaqdır.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi Yusif Babanlı 2011-ci ilin martında HR 535 nömrəli qərarla Xocalı soyqırımını tanıyan Texas ştatının Nümayəndələr Palatasının günahsız qurbanların xatirəsinə qətnamə qəbul edən ilk parlament olduğunu bildirmişdir. Bütün ölkələri də bu təşəbbüsə qoşulmağa səsləyən Y.Babanlı Xocalı soyqırımını törədənlərin tezliklə cəzalandırılacağına əminlik ifadə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]