İcbari Sığorta Bürosuna məxsus avtomobil təkrar hərrac yolu ilə satışa çıxarılacaq
Bakı, 15 mart, AZƏRTAC
İcbari Sığorta Bürosuna (İSB) məxsus 1 ədəd avtomobil (LEXUS GS250) təkrar hərrac yolu ilə satışa çıxarılacaq.
İSB-dan AZƏRTAC-a bildirilib ki, əmlakın satışı ilə bağlı təkrar hərrac açıq auksion qaydasında keçirilməklə martın 29-na (növbəlik qaydasında) təyin edilib. Təkrar hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcək. Təkrar hərracda iştirak üçün satış qiymətinin 5 faizi, yəni 1912,5 manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 iş günü qalanadək hərrac sifarişçisinin hesabına ödənilməlidir. Eyni zamanda, 500 manat məbləğində iştirak haqqı hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək hərrac təşkilatçısının hesabına ödənilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]