Azərbaycan Dövlət İnformasiya Agentliyi

İcbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlərin sayı 3315-ə çatdırılıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yenilənmiş xidmətlər zərfinin təqdimat mərasimi keçirilib.

Tədbirdə səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov və komitənin bir neçə üzvü, agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov və müavinləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Əhalinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və aidiyyəti dövlət qurumlarının, tibb və təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların və media qurumlarının nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev xidmətlər zərfinin təkmilləşməsi, aparılan dəyişikliyin əhali və həkimlər üçün faydalarından danışıb: “Universal tibbi təminata nail olmaq üçün biz bir çox araşdırmalar aparmışıq, beynəlxalq təcrübələri öyrənmişik. Universal tibbi təminatın əsas 3 komponenti müşahidə edilir: əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək, tibbi xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılması və maliyyə dayanıqlığının təminatı. Deyə bilərik ki, təminata alınmış tibbi xidmətlərin artırılması ilə universal tibbi təminata doğru növbəti addım atmışıq. Pilot layihə dövründə icbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlərin sayını 3 dəfə artıraraq 3315-ə çatdırmışıq. Eyni zamanda, tibbi xidmətlərin əhaliyə vaxtında göstərilməsi və keyfiyyətinin artırılmasında əsas istiqamət sayılan tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi yönündə tədbirlər görmüşük. Agentlik tərəfindən 2020-2023-cü illər ərzində 100 milyon manata yaxın məbləğdə yeni cihaz və avadanlıq alınmışdır”.

Çıxışı zamanı Z.Əliyev ölkə rəhbərliyinin səhiyyə sahəsinə dəstəyini də vurğulayıb: “Qarşımıza qoyduğumuz hədəfə doğru inamla, əzmlə addımlayırıq. Bu yolda ilk gündən bəri biz ölkə rəhbərliyinin qayğısını hiss etmişik. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm siyasi iradəsi və Birinci vitse-prezidentin böyük dəstəyi ilə səhiyyə sahəsində çox böyük işlər görülməkdədir. Səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə yeni tibb müəssisələrinin yaradılması, icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin artırılması səhiyyə islahatlarının tərkib hissəsidir. Bütün bu işlər Azərbaycan vətəndaşının rifahına, sağlamlığının qorunmasına xidmət edir”.

Z.Əliyev xidmətlər zərfinin təkmilləşdirilməsində agentliyə dəstək göstərən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Milli Məclisə öz təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, icbari tibbi sığortanın tətbiqi Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sağlamlığına ən yüksək səviyyədə verilən diqqətin təzahürüdür. Onun sözlərinə görə, vahid səhiyyə prinsipi əsasında özəl sektorda göstərilən xidmətlər dövlət-özəl əməkdaşlığı çərçivəsində qarşılanmağa başlanmış və hazırda dövlət və özəl sektor arasında inteqrativ əməkdaşlıq uğurlu formatda davam edir: “Gələcəkdə əhalinin tibbi xidmətlərə əlçatanlığının və vətəndaş məmnunluğunun artırılması məqsədilə icbari tibbi sığorta digər sığorta modelləri ilə zənginləşdirilə bilir. Tibbi sığorta sisteminin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası arasında fəal əməkdaşlıq aparılır və bu sahədə ilkin ümidverici nəticələr əldə olunub” -, deyə Teymur Musayev fikrini tamamlayıb.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov icbari tibbi sığortanın tətbiqinin səhiyyə tarixində önəmli islahat olduğunu vurğulayıb: “Sevindirici haldır ki, icbari tibbi sığorta bütün ölkədə tətbiq olunur və artıq vətəndaşlarımız tibbi xidmətlərdən rahat şəkildə istifadə edirlər. Əlbəttə ki, görüləsi işlər çoxdur. Hazırda xidmətlər zərfinin əhatə dairəsinin genişlənməsi qürurvericidir. Bu gün orqan transplantasiyası sahəsində ölkəmizdə səhiyyə sistemində böyük işlər aparılmalıdır. Təqdirəlayiqdir ki, bu gün orqan transplantasiyasının icbari tibbi sığortanın təminatına daxil edilməsi ilk addımdır və görülən tədbirlərə əsas töhfədir”.

Ə.Əmiraslanov özəl tibb müəssisələrinin icbari tibbi sığorta çərçivəsində xidmət göstərməsini müsbət qarşılayaraq, tibb müəssisələrinin sayının getdikcə artdığını da diqqətə çatdırıb.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun sözlərinə görə, xidmətlər zərfinə əlavə edilən yeni xidmətlər əvvəllər bu zərfə daxil olmayan müayinə, müalicə və əməliyyatların sayının artmasına, insanların tibbi xidmətlərə əlçatanlığının daha geniş spektrdə olmasına imkan yaradır: “Bütün tibb müəssisələrimizdə laparoskopik əməliyyatları icra edə bilmək üçün avadanlıqlar alınır, avtopark yenilənir, tibbi sərfiyyatın fasiləsiz olması üçün intensiv tədbirlər görülür, xəstəxana idarəetmə sistemini daha mükəmməl etmək üçün çalışırıq. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin 2550-dən 3315-ə qədər artırılması xəstəxanalara axını daha çox artıracaq”. O bildirib ki, tibb müəssisələrinin əməkdaşlarına xidmətlər zərfinə edilmiş dəyişikliklərin tətbiqi ilə əlaqədar olaraq yeni qaydaların izah olunması və öyrədilməsi məqsədilə təlimlərin müntəzəm olaraq keçirilməsi planlaşdırılıb. Bütün bu görülən işlər, xidmətlər zərfinin təkmilləşməsi sağlam cəmiyyətin formalaşmasına xidmət edir. Bundan sonra da vətəndaşların keyfiyyətli və əlçatan tibbi xidmətlərdən yararlanmaq imkanlarının artırılmasına çalışacağıq”.

Daha sonra agentliyin nümayəndələri Nicat Şirinov, Şamxal Cəmilzadə və Anar Rəhimov təqdimatla çıxış ediblər. Onlar iştirakçıları xidmətlər zərfinə yeni əlavə edilən tibbi xidmətlər, tarif dəyişikliyi, tibb müəssisələrinin maddi texniki-bazasının gücləndirilməsi mövzularında məlumatlandırıblar.

Sonda mətbuat konfransı keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir