IDEA Kampaniyası 3-cü Beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisində iştirak edir
Bakı, 21 noyabr (AZƏRTAC). Bakı Ekspo Mərkəzində təşkil olunan 3-cü Beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” (CTE-2012) sərgisində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən 2011-ci il iyulun 12-də başladılmış Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının (IDEA) stendi nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, bu, öz fəaliyyətində ekoloji maarifləndirməni daim rəhbər tutan IDEA Kampaniyasının növbəti beynəlxalq səviyyəli addımlarından biridir.
Sərginin əsas məqsədi Azərbaycanda həyata keçirilən ekoloji layihələrə beynəlxalq və yerli ictimaiyyətin diqqətini cəlb etmək, eləcə də ekoloji sahədə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın yaranmasına nail olmaqdır.
Stenddə IDEA Kampaniyası tərəfindən həyata keçirilən layihələr haqqında hesabatı əks etdirən müxtəlif nəşrlərlə yanaşı, digər vəsaitlər də qonaqlara paylanılır. Qonaqlar, həmçinin layihələrlə bağlı IDEA Kampaniyasının nümayəndələri tərəfindən daha ətraflı məlumat ala bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]