II Avropa Oyunlarında 3600-dən çox idmançı iştirak edəcək
Bakı, 20 iyun, AZƏRTAC
Minskdə keçiriləcək II Avropa Oyunlarında 3667 idmançı iştirak edəcək. Bunu Avropa Olimpiya Komitəsinin II Avropa Oyunları üzrə əlaqələndirmə komissiyasının sədri Spiros Kapralos iyunun 20-də jurnalistlərə bildirib.
O deyib: “Avropa Oyunlarında maksimum 4 min idmançı iştirak edə bilər. Lakin bu yarışlara 3667 idmançı qatılacaq. Əgər yarışlara neçə ölkənin öz atletlərini göndərəcəyi nəzərə alınsa, bu, cüzi ixtisardır”.
AZƏRTAC xəbər verir ki, II Avropa Oyunları iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Bu Oyunlarda 50-dən çox ölkənin təmsilçiləri idmanın 15 növündə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. İdmanın 8 növündə yarışlar 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları üçün təsnifat yarışları hesab ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]