III Avropa Oyunları: Çimərlik futbolu üzrə millimiz İspaniya yığmasına məğlub olub
Krakov, 29 iyun, AZƏRTAC
Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, millimiz qrup mərhələsinin üçüncü turunda İspaniya ilə qarşılaşıb. Millimiz rəqibinə 1:7 hesabı ilə məğlub olub.
Seçməmiz daha əvvəl Polşaya 2:7, Portuqaliyaya 2:5 hesabı ilə uduzub.
Qrupda sonuncu olan komandamız 5-8-ci yerlər uğrunda mübarizə aparacaq.