İİV-in diaqnostikası ekspress testlərlə mümkün olacaq
Bakı, 1 dekabr, AZƏRTAC
QİÇS-lə mübarizə sahəsində gözlənilən ən böyük yenilik odur ki, xəstəliyin diaqnostikasının sürətli, ucuz və ekspress testlərlə aparılması mümkün olacaq. Artıq bu, gündəmdə var. Düşünürəm ki, digər infeksion xəstəliklərdə olduğu kimi, ekspress testlərlə sürətli şəkildə 15 dəqiqəyə cavabın əldə olunması İİV-in diaqnostikasında da mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib. "QİÇS-in müalicəsi üçün istifadə olunan dərmanların yan təsirlərinin daha da azalması, eləcə də dərman qəbul edən şəxslərdə müalicənin daha yüngül keçirilməsi gözlənilir. Proqnozlaşdıra bilərik ki, QİÇS-in ya sağalma ilə nəticələnən müalicəsi tapılacaq, ya da effektiv peyvəndlənməsi aparılacaq. Bununla, bu xəstəliyə son qoyulacaq", - deyə N.Zeynalov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]