Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İlham Əliyev - 8 il hakimiyyətdə” kitabının təqdimatı olmuşdur

Sumqayıt, 22 dekabr (AZƏRTAC). Sumqayıtın Tarix Muzeyində “İlham Əliyev - 8 il hakimiyyətdə” kitabının təqdimatı olmuşdur. “Şərq-Qərb” nəşriyyatında çapdan çıxmış kitab Sumqayıt İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası şəhər təşkilatının təşəbbüsü və təşkilati dəstəyi ilə nəşr olunmuşdur. Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 8 illiyinə həsr olunmuş şəhər elmi-praktiki konfransının materialları yer almışdır. Bu analitik məcmuə mütərəqqi islahatlardan, real nailiyyətlərdən söz açır, ölkənin sürətli inkişafını nümayiş etdirir.

Nəfis tərtibatda çap olunmuş kitaba hər biri iqtisadiyyatın müəyyən sahəsinin, sosial sahənin, bütövlükdə ölkənin həyat fəaliyyətinin inkişafında dövlət başçısının roluna həsr olunmuş 21 mövzu üzrə materiallar daxil edilmişdir. Məqalələrin müəllifləri - dövlət məmurları, Milli Məclisin deputatları, idarə rəhbərləri, Sumqayıt ictimaiyyətinin nümayəndələri sosial-iqtisadi artımın dinamikasından, respublikanın ictimai-siyasi durumundan, makroiqtisadi sabitliyin, regionların sürətli inkişafının parametrlərindən və s. söz açırlar. Həmin materiallar Prezident İlham Əliyevin müvəffəqiyyətlə və davamlı şəkildə həyata keçirdiyi respublikanın hərtərəfli inkişafı modelinin həyatiliyini təsdiq edir.

Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yazdığı ön sözdə deyilir: “İlham Əliyev hakimiyyətdə olduğu 8 il ərzində mümkün olmayanları mümkün etmişdir. Cəmiyyətin bütün sahələrini əhatə edən dinamik və tarixi nailiyyətlər ölkəmizdə adi fəaliyyət norması, dünyada isə unikal təcrübə kimi qəbul edilir. Prezident İlham Əliyev tərəfindən formalaşdırılmış iqtisadi-siyasi model həyatiliyini, səmərəliliyini və aktuallığını parlaq şəkildə nümayiş etdirmişdir”.

Təqdimat mərasimində çıxış edən icra hakimiyyətinin başçısı kitabın nəşri ideyasından danışaraq demişdir ki, Prezidentin fəaliyyətinin hər günü öz əhəmiyyətinə görə ölkə həyatında hadisədir, respublikaya rəhbərlik illəri bütöv bir epoxadır. Dövlətimizin başçısı dünya birliyinə inteqrasiyanı genişləndirərək və möhkəmləndirərək qətiyyətli və ardıcıl daxili siyasət yürüdür. Bu gün Azərbaycan qüdrətli, çiçəklənən, sabit dövlət kimi tanınır. Eldar Əzizov tarixi aspektdə kitabın əhəmiyyətindən danışaraq ölkənin nailiyyətlərinin öyrənilməsində və təbliğində onun rolunu xüsusi vurğulamış, dövlətimizin başçısı İlham Əliyevin lap bu günlərdə şəhərə səfəri zamanı çıxışında səslənmiş tezislər üzərində dayanmışdır. O, Prezidentin “Biz Sumqayıtın inkişafına çox böyük diqqət yetiririk... Sumqayıtın memarlıq baxımından gözəl şəhərə çevrilməsinə dair konkret proqramlar artıq həyata keçirilir. Mən bu məsələləri nəzarətdə saxlayıram. Bizim Sumqayıtın müasir sənaye mərkəzinə çevrilməsi ilə bağlı konkret proqramlarımız, onların realizə edilməsi mexanizmləri vardır və biz bunu edəcəyik!” sözlərinə istinad edərək vurğulamışdır ki, Sumqayıt nəhəng dəyişikliklər ərəfəsindədir. Eldar Əzizov qeyd etmişdir ki, Azərbaycanın təsdiq edilmiş tərəqqisi dünya miqyaslı fenomenal şəxsiyyət, ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış respublikanın inkişafı strategiyasının təntənəsidir.

AZƏRTAC xəbər verir ki, şəhər ictimaiyyətinin nümayəndələri təqdimat mərasimində çıxış edərək bildirmişlər ki, ölkənin inkişafına və insanların rifahına müsbət təsir göstərmiş uğurların əldə olunmasına görə hər bir vətəndaşı iftixar hissi bürüyür.

Respublikanın dinamik inkişafından danışarkən onlar şəhərin simasının sürətlə dəyişdiyini vurğulamışlar. Başa çatmaqda olan il sumqayıtlılar üçün təkcə əldə edilmiş nailiyyətlərlə deyil, həm də dövlət başçısının xüsusi diqqəti ilə əlamətdardır. Prezident yola salacağımız ildə iki dəfə Sumqayıtda olmuşdur. Bu, şəhər sakinlərini sevindirir. Prezidentin dekabrın 21-də imzaladığı kimyəvi parkın yaradılmasına vəsaitin ayrılması barədə Sərəncamı Sumqayıtı qısa müddətdə müasir sənaye mərkəzinə çevriləcəyinə əlavə təkan verir, ümid və əminlik hissi yaradır.

Kitab haqqında təəssüratlarını Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundova da bölüşmüşdür. Dövlətimizin başçısının xidmətlərindən danışarkən o, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra keçilmiş bütün yolu xatırlatmışdır. Xronologiya göstərir ki, İlham Əliyev siyasi və dövlət xadimi kimi mərhələ-mərhələ formalaşmışdır. O, ulu öndərin ideyalarının davamçısı deyildir, onun məktəbini uğurla keçmiş silahdaşıdır. Deputat, həmçinin təqdimatı bu yaxınlarda Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçiliyi Akademiyasında keçirilmiş Ukrayna dilində “İlham Əliyev. Azərbaycan Prezidentinin portreti” kitabı barədə təəssüratını bölüşmüşdür. Ukraynanın siyasi elitasının nümayəndələri Prezidentimizin siyasi xadim və lider kimi qeyri-adi xüsusiyyətlərindən danışmışlar. Elmira Axundova çıxışında dövlətimizin başçısı ilə görüşlərindən aldığı parlaq və unudulmaz təəssüratlar üzərində dayanmışdır.

“İlham Əliyev - 8 il hakimiyyətdə” kitabı sumqayıtlıların dövlətimizin başçısının xidmətlərinə dərin hörmət əlaməti, Prezidentin yubileyi və qarşıdan gələn Yeni il münasibətilə hədiyyəsidir.

Tədbirdə məqalə müəllifləri, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatları Hacı Salayev, Leyla Abdullayeva, Muxtar Babayev iştirak etmişlər. Sonda tədbir iştirakçılarına “İlham Əliyev - 8 il hakimiyyətdə” kitabı paylanmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Yerli turizm sənayesi nümayəndələri Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfəri ediblər

Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ

Qayıdan xatirələr... VİDEO

Qayıdan xatirələr... VİDEO

İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ

ABŞ Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlimlərə hazırlaşır

Özbəkistan tək səyahət etmək üçün ən yaxşı 5 ölkə sırasına daxil olub

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

MDU-da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub

Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb

Fransada yarım ildə 33 mindən çox sahibkar fəaliyyətini itirib

Çin xaricdə qanun pozuntusuna yol vermiş vətəndaşların ölkədən çıxış qaydalarını sərtləşdirəcək

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

“Sabah”ın polşalı futbolçusu: Mikelsin qolundan sonra dəli kimi ağlamağa başladım

Pakistan səfiri: Yaxın zamanda Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyik

Laçın bu gün Azərbaycanın yeni inkişaf salnaməsinin parlaq səhifələrindən birinə çevrilib ŞƏRH

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO