Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İlham Əliyevin Münxen ipponu və Paşinyanın gözlənilən məğlubiyyəti

İlham Əliyevin Münxen ipponu və Paşinyanın gözlənilən məğlubiyyəti

Münxen, 16 fevral, AZƏRTAC

Münxen Təhlükəsizlik Konfransı tarixində bəlkə də ilk dəfə iki qonşu, bununla belə, yumşaq desək, bir o qədər də "dost" olmayan iki dövlətin - Azərbaycanın və Ermənistanın rəhbərləri moderatorla birlikdə bir səhnədə oturmuşdular. İki lider ağıl, arqument, siyasi təcrübə, natiqlik istedadı, həm də sadəcə psixoloji dayanıqlıq və mənəvi səbat mübarizəsində kimin güclü olduğunu göstərmək üçün sanki "tatami" üzərinə çıxmışdılar. Təəccüblü deyil ki, bu iki rəhbərin tarixi qızğın mübahisəsinə təkcə yer üzündə yaşayan hər bir azərbaycanlının və erməninin deyil, həm də maraqlı olan siyasətçilərin, ekspertlərin və şərhçilərin diqqəti cəlb olunmuşdu. Debatların çox gözəl təşkil edilməsi və yüksək keyfiyyətlə birbaşa efirdə yayımlanması hər bir tamaşaçıya imkan verdi ki, virtual olaraq zala keçib özünü döyüşqabağı gərginliyin, qalibin qazandığı zəfərin və onun nüfuzunun daha da yüksəlməsinin sözlə ifadə olunması mümkün olmayan ab-havasında hiss etsin.

Amma hər şey sanki adicə səhnəyə çıxmaqdan başlamışdı. Hətta Prezident Əliyevin bunu adəti üzrə inamla etməsi və Paşinyanın isə podiuma beli bükülmüş vəziyyətdə, bir növ yanını basa-basa, açıqdan-açığa öz qabında olmayan bir adam kimi qalxması, kresloda oturandan sonra uzun zaman yerində qurcalanması, kreslonun altında qəribə vəziyyətlərdə sallanan ayaqlarına yer tapa bilməməsi (bunun üçün fotolara baxmaq yetərlidir) lap əvvəldən görüşə və qarşıdakı disputun ümumi fonuna rəng qatdı.

Sözə İlham Əliyev başladı, bu da öz rolunu oynadı. Həmin andan Paşinyan qara fiqurlarla oynamağa başladı. O, daim müdafiə olunmağa çalışır, bir növ məhkəmədəki "cavabdeh" rolunda çıxış edirdi. Lakin bütün partiya boyu ağ fiqurlar qara fiqurlara həmlə edir, onları düşünməyə, hər hansı dəqiq müdafiə xətti qurmağa qoymurdu. Odur ki, Paşinyan daşları sanki qaçıb aradan çıxmaq istəyən bir vəziyyətdə, dabanlarına baxa-baxa atır və özünə yeni sığınacaq tapmağa çalışırdı. Əliyev isə "daban əlaltı (əlli-ayaqlı)" qaçan Paşinyanın bunu etməsinə macal vermirdi.

Elə ki, Paşinyan özünü növbəti "xilasedici sığınacağına" yetirirdi, Əliyevin kəsərli qılıncı artıq orada onu gözləyirdi. Paşinyan yalanını axıradək deməyə macal tapmamış, o, bu yalanı dünyanın gözü qabağında qılınclayırdı.

Bütün partiya bu şəkildə davam edirdi. İlham Əliyev soyuqqanlılıqla həmlə edir, Paşinyanın ayaqları stulun altında əsəbi halda yellənir, onun əli isə vaxtaşırı şparqalkaya uzanırdı. O, saxtakar erməni tarixçilərinin müəllifi olduğu bu şparqalkanı özü ilə bərabər debatlara gətirmiş və hətta bunları utanmadan silkələyirdi.

Azərbaycan Prezidenti elə ilk saniyədən hücuma keçərək çox kəskin fənd işlətdi. O, debatlar üçün imkan yaradıldığına görə Münxen Konfransının sədri cənab İşingerə təşəkkür etdi və elə dərhal da xatırlatdı ki, analoji görüş bir neçə il əvvəl Davosda Paşinyanın sələfi ilə olmalı idi, lakin o, son anda səfərini təxirə saldı. Sanki kiçik bir detaldır, lakin əsla əhəmiyyətsiz deyildir. Kim adətən belə faktları auditoriyaya xatırladır? Duelə çağıran, özünü inamlı və haqlı hiss edən, Rambuyedə, pardon, guya "üzrlü səbəbə görə" bir dəqiqəlik icazə alıb aradan çıxan Robert Koçaryan kimi döyüş meydanından qaçmayan bir şəxs edə bilər. Yeri gəlmişkən, İlham Əliyev Yerevan üçün rüsvayçı olan bu epizodu öz çıxışında bir daha ötəri xatırladacaq. Doğrudur, o, təfərrüata varmayacaq, razılaşmanın əldə olunmasının sonuncu dəqiqəsində danışıqların Ermənistan tərəfindən pozulması və onun status-kvo vəziyyətini qoruyub saxlamağa çalışması barədə danışanda ad çəkməyəcək. Odur ki, Serj Sarkisyanın Davosda analoji debatları qorxaqcasına ləğv etməsini çıxışının ilk anlarında xatırladan Azərbaycan liderinin psixoloji hücumu da müəyyən əhval-ruhiyyə yaratdı və bu vəziyyət bütün görüş boyu dəyişmədi.

İlham Əliyev öz hücumunu hamının tanış ola biləcəyi sənədlər üzərində qururdu. Bunlar hər hansı məxfi sənədlər deyildi. Onları hətta debatların keçirildiyi anlarda da "google"da axtarıb tapmaq və oxumaq olar. Hər hansı "vazgen" tərəfindən deyil, İbrahim xan tərəfindən imzalanmış Kürəkçay müqaviləsi. Axı mətn də var. Cənab portfelli inqilabçı onu necə təkzib edə bilər?

Qafqaz Bürosunun 1921-ci il 5 iyul tarixli protokolu var. Bu sənədi dərc edəndən sonra Qarabağın Ermənistana "verilməsindən" necə danışmaq olar? Yaxud da Stalinin hansısa "rolundan". Axı Qarabağın Azərbaycanın tərkibində qalmasına səs vermiş Nazaretyandan fərqli olaraq Stalinin adı hətta səsverənlər arasında yoxdur

İrəvanın yenicə yaradılmış Ermənistan Respublikasına verilməsi ( söhbət qalmasından getmir) haqqında sənədlər də var, çünki Ermənistanın o vaxtlar hətta öz paytaxtı yox idi.

Erməni tarixçilər Corc Burnutyanın və Riçard Ovanisyanın əsərləri də var. Onlar dürüstcəsinə yazırlar ki, sonralar Ermənistana çevrilmiş ərazinin əhalisinin 80 faizi Türkmənçay müqaviləsindən əvvəl "tatarlardan" (yəni azərbaycanlılardan) ibarət idi, hətta müsəlman əhalinin kütləvi gedişindən və ermənilərin bu yerlərə immiqrasiyasından sonra da, lap XX əsrin əvvəllərinə qədər İrəvan şəhərində müsəlmanların demoqrafik çoxluğu hələ də qalırdı. Bəs indi onlar haradadır?

Qraf İvan Paskeviçin 1828-ci il tarixli məktubu da var. O, məktubda iki dəfə qeyd edir ki, yenidən yaradılmış Erməni Vilayətinin əhalisinin dörddəüç hissəsi müsəlmanlardan ibarətdir.

Sabiq prezident Ayaz Mütəllibov həyatdadır. O, erməni jurnalistlər tərəfindən buraxılmış, yayılmış və Vikipediyaya salınmış və ermənipərəst "Arqumentı i faktı" qəzetinin səhifəsində ona aid edilmiş feyk xəbəri dəfələrlə şəxsən təkzib edib. Mütəllibovun dəfələrlə şəxsən və ucadan təkzib etməsinə necə məhəl qoymamaq və şübhəli mənşəli "feyknyus"a istinadı davam etdirmək olar?

Axı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin mətnləri də var. Cənab "miniinqilabçı" və qalan bütün məsələlərdə də "mini" olan kəs, bu mətnlərdə sizin dəfələrlə darmadağın edilmiş "sığınacağınızdan" isterika içində çığırdıqlarınızdan heç nə yoxdur. Bu məsələdə hətta Kazimirov da sizə kömək etmədi, qonorarını doğrulda bilmədi: bu qətnamələrdə sizin sayıqladığınız kimi, "Azərbaycanı pisləyən" heç nə yoxdur, amma erməni qüvvələrin tutulmuş ərazilərdən qeyd-şərtsiz çıxması (bəli, bəli, baxan görər) barədə tələb, habelə Ermənistana öz təsirindən istifadə etmək tələbi var. Axı BMT TŞ-nın qətnamələri dörd cilddə "Hərb və sülh" əsəri deyil ki, məsələdən xəbəri olmayan auditoriyanı azdırmaq niyyəti ilə onun dərinliklərinə aparasan. Onların hər biri qısa bir abzasdan ibarətdir və oxumaq üçün elə bir böyük ağıl tələb etmir! O halda öz "ağlınızı" bütün dünyaya göstərin. Siz həqiqətən də düşünürsünüz ki, iki liderdən kimin səhnədən yalan, kimin doğru danışdığını heç kim bilməyəcək? Həqiqətən də düşünürsünüz ki, 12-ci dəqiqənin sonunda sizin BMT TŞ-nın 884 nömrəli qətnaməsində "atəşkəs rejimini pozduğuna görə Azərbaycanın pislənməsi" barədə ağlayıb-sızlamağınızdan sonra heç kəs sənədi "google"da axtarıb tapmayacaq və əmin olmayacaq ki, bu qətnamədə, eləcə də digərlərində buna bənzər heç nə yoxdur və siz hətta təmtəraqla istinad etdiyiniz bu sənədin mətnindən tamamilə xəbərsizsiniz? Özünüzü hamının gözündə gülünc vəziyyətə salmaqdan beləmi zövq alırsınız?

Axı ATƏT-in 1994-cü il tarixli Budapeşt Sammitinin sənədi var və erməni təbliğat maşını Qarabağ ermənilərini "atəşkəs rejimi barədə sazişi imzalamış" tərəf kimi qələmə verməyə nə qədər çalışsa da, bu sənəddə bədnam "Qarabağ tərəfi" barədə heç nə yoxdur. ATƏT Sammitinin sənədində "Qarabağ tərəfinə" birbaşa işarə edən heç nə yoxdur!

1994-cü il tarixli atəşkəs haqqında Sazişin özü də var və burada üç imzanın əsli yoxdur. Axı məlumdur ki, Azərbaycan tərəfi Məmmədrəfi Məmmədovun şəxsində sənədi imzalayıb, sonra səfir Vladimir Kazimirov sənədin əslini faksla Ermənistana göndərib, orada Samvel Babayan və Serj Sarkisyan Bakıdan alınmış sənədin faksimile surəti üzərində (bu çox əhəmiyyətlidir) öz imzalarını qoyublar. Lakin altında Azərbaycanın və "dqr" adlı oyuncaq rejimin rəsmi şəxslərinin imzalarının əslinin dayandığı heç bir sənəd yoxdur və heç vaxt da olmayıb. Bəlkə mən də Uinston Çörçil tərəfindən imzalanmış sənədi internetdən yükləyim, onu printerdə çap edim və yanında öz imzamı qoyum? Bu mənimlə onun arasında müqavilə hesab ediləcəkmi? Axı bu absurddur! Üzərində rəsmi Bakının və oyuncaq "dqr"in nümayəndələrinin orijinal imzaları dayanan sənədi göstərin. Yer üzündə belə bir sənəd yoxdur! Buna görə də ATƏT-in Budapeşt sammitinin bəyannaməsi də danışıqlar prosesinin formatını dəyişdirmir. Siz Münxen səhnəsində nə qədər hoqqabazlıq etsəniz də, danışıqlar formatı ikitərəfli olaraq qalır. Siz hətta İlham Əliyevin "indicə ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşsaq ki, münaqişənin neçə tərəfi var və danışıqlar formatı hansı şəkildədir, onlar "Azərbaycan və Ermənistan" deyə cavab verərlər" sözlərini də təkzib edə bilmədiniz, heç buna cəhd də göstərmədiniz. Əgər İlham Əliyev "həqiqəti demədisə", onda nə üçün onun sözlərini oradaca, yerindəcə təkzib etmədiniz? Belə çıxır, siz Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmayana qədər və hazırda dövlətlərarası (inter-state) olan münaqişə dövlətdaxili münaqişəyə (intra-state) çevrilənə qədər Qarabağ ermənilərinin danışıqlar prosesinin tərəfi ola bilməyəcəyini siz ondan heç də pis bilmirsiniz! Çox yaxşı ki, siz bunu bilirsiniz! Prezident İlham Əliyev də bunu dedi və öz nitqində Bakıdakı mərkəzi hökumətin Qarabağdan olan vətəndaşlarını hansı şərtlərlə qəbul etməyə və dinləməyə hazır olduğunu bildirdi.

Üstəlik, SSRİ Konstitusiyası da var. Burada müttəfiq respublikalara formal da olsa, hər halda ittifaq dövlətinin tərkibindən çıxmaq hüququ verilmişdi. Amma bu hüquq muxtar qurumlara deyil, məhz müttəfiq respublikalara verilmişdi. Odur ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) də Azərbaycan Sovet Sosialist Respublikasının (SSR) Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibindən çıxması rejimində Azərbaycan SSR-in tərkibindən çaxması hüququnun olması barədə danışarkən özünü Münxen Təhlükəsizlik Konfransının nüfuzlu iştirakçılarının və bütün dünyanın gülünc vəziyyətə qoymağın nə mənası var? Axı bu əsl klounadadır!

Axı SSRİ-nin inzibati-ərazi xəritəsi var. Xəritədən görünür ki, Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu heç vaxt DQMV-nin tərkibinə daxil olmayıb. Bu rayonda "etnik təmizləmələrin" olması barədə danışmağın, sonra da bir vaxtlar əhalisinin 80 faizi azərbaycanlılar olan indiki Ermənistan ərazisinin azərbaycanlılardan tamamilə təmizlənməsi barədə opponentin nokdaununa məruz qalmağın nə mənası var? Bəs Şaumyan barədə diliniz niyə dinc durmadı? Axı bununla siz Əliyevə əla pas ötürdünüz və o, növbəti dəfə bütün dünyanın diqqətinə çatdırdı ki, sizin "qədim Arsaxın" hətta öz qədim paytaxtı da yoxdur və o, qaniçən bolşevik qatilin adını daşıyır!

Söhbəti "çar Qorox" dövrünün dərinliklərinə aparmağa dəyməz. "Axı məlumdur ki, II Tiqranın erməni etnosuna heç bir aidiyyəti yoxdur. Tarix elmində belə bir konsensus var ki, o, mənşəcə parfiyalı olub. Erməni təbliğat maşınını məlumatına çatdıraq ki, Atropaten (yəni Azərbaycan) adlı dövlət "sizin", bununla belə, əsla sizin olmayan II Tiqrandan uzun əsrlər əvvəl mövcud olub!

Buna görə də hara qaçsanız da, müdafiə qurmağa çalışsanız da, orada ifşa olunmağa hazır olun.

Hətta Qarabağ ərazisini iki dəfə "occupied" adlandıran moderatorun mövqeyi də, - çətin ki, onu qeyri-obyektivlikdə və qərəzlilikdə ittiham edə biləsiniz, - Paşinyana bir növ "di bəsdir yalan danışdın, Qarabağa Aşotik Nikolayeviç kimi hansısa "qarabağlılar" və "Ermənistandan könüllülər" deyil, Ermənistanın silahlı qüvvələri yerləşir" mesaj kimi qəbul etmək olar! İşğal xarici oyunçu, xarici qüvvələr tərəfindən əməliyyatdır. Axı dünya birliyi Suriya müxalifətinin hərəkətlərini, məsələn, general Haftarın Liviyada əməliyyatlarını xarakterizə edərkən "işğal" terminindən istifadə etmir! Daxili münaqişələrdə "işğal" olmur. Səhnədə İlham Əliyevlə yanaşı Bako Saakyanın deyil, Nikol Paşinyanın oturması da ölkəsinin münaqişəyə "aidiyyəti olmaması" barədə erməni baş nazirinin sayıqlamasına sakit bir cavab oldu.

Srağagün Nikol Paşinyanın kürəyi gözəl şəkildə yerə vuruldu. Onun Azərbaycan Prezidenti ilə müqayisədə ingilis dilini pis bilməsindən bilərəkdən danışmayacağıq ki, bizi qərəzkarlıqda ittiham etməsinlər. Lakin əgər o, hətta tərcüməçinin köməyi ilə ana dilində də danışsaydı, bu onun arqumentlərini daha güclü etməzdi.

Varçapetin rüsvayçılığı hətta Yerevandan da görünürdü. Ermənistanın və Azərbaycanın dünənki müxalifət KİV-lərini nəzərdən keçirərkən ( mən özünütənqidə rast gəlmək üçün qəsdən məhz müxalifət nəşrlərini seçdim) aşkarı görməmək mümkün deyil. Məsələn, Andranik Tevanyan adlı bir politoloq bax: https://news.am/rus/news/560615.html) yazır: "Əliyevin davranışı, onun oturuş tərzi, vaxtaşırı Paşinyana baxıb istehza ilə gülümsəməsi, bəzən isə (Paşinyan velosiped icad etmiş şəxsin ruh yüksəkliyi ilə özünün mikroinqilabından danışanda) gülüşünü saxlaya bilməməsi elə təəssürat yaradırdı ki, müharibədə uduzan tərəf biz olmuşuq. Hətta Azərbaycanın Xarici İşlər naziri Məmmədyarov da Paşinyanın çıxışına gülməkdən özünü saxlaya bilmədi... Bunda özünün pis vəziyyətə salan Paşinyan günahkardır. Təsəvvür edirsinizmi ki, kulislərin ardındakı görüşlərdə necə rüsvayçı mənzərə yaranır. Həmin görüşlərdə kimin özünü necə apardığı, kimin diqtə etdiyi, kimin isə "iflasa uğradığı" Münxendə aydın oldu".

Sonra o yazır: "Azərbaycan tərəfi onilliklər boyu təkrar etdiyi formullardan istifadə etdi. Görünür, Paşinyan hazır deyildi və hiss edilirdi ki, onun "münaqişəni üç xalq - Ermənistan, Arsax və Azərbaycan xalqları nizamlamalıdırlar" barədə boş formulundan başqa deməyə sözü yoxdur.

Və nəhayət belə bir etiraf edir: "Paşinyanın müvafiq bilikləri, operativ reaksiya göstərmək bacarığı və həqiqi "ruhu" yox idi, buna görə də Böyük Tiqran barədə mənzərə əldə etdik... Paşinyanın günahı budur ki, xarici auditoriyanın iştirak etdiyi bir məkanda onu döyüş meydanından qaçan ( bax bunu əbəs yerə dedin, Andranik, 2016-cı ilin aprelində sizinkilər elə qaçırdı ki, onlara çatmaq mümkün deyildi - Vüqar Seyidov) bir xalqın liderləri məsxərəyə qoyurdular. Bəli, biz günahkarıq ki, belə bir hakimiyyətə tab gətiririk. Çox günahkarıq! Beynəlxalq auditoriya qarşısında belə ehtiyat və belə imiclə çıxış edən Paşinyan bir daha sübut etdi ki, dövlət başçısı kostyumunun ölçüləri ona çox böyükdür. Özü də lap çox".

Buna əlavə etməyə sözümüz yoxdur. Erməni politoloq öz varçapeti barədə haqlıdır. Lakin başqa məsələdə haqsızdır: guya Paşinyanın yerində başqası olsaydı, debatlar "fərqli hesabla" başa çatardı. Əsla! Ora lap öz akademiklərinin bütöv konsiliumunu göndərsəniz belə, hesab dəyişməzdi! Yəni məsələ onda deyil ki, erməni tərəfini kim təmsil edir, məsələ bundadır ki, arqumentlərin keyfiyyəti bir işə yaramır və oyunçulardan və suflyorluq edənlərdən asılı olmayaraq, kağızdan düzəldilmiş evcik kimi pərən-pərən olur. Bu arqumentlərdən hər biri dəfələrlə alt-üst edilib. Odur ki, cənab Tevanyan, baş nazirinizi elə də ciddi mühakimə etməyin. O təqsirkar deyil ki, erməni istorioqrafiyasında münaqişəsinin bütün tarixi hissəsi insafsızcasına saxtalaşdırılıb, müasir dövrün ən sadə sənədləri isə tamamilə orada yazılanların əksinə şərh edilir. İlham Əliyev də öz çıxışında bir neçə dəfə diqqəti məhz bu məqama cəlb etdi. Yerevanın təxmininə görə çox az adam tapılar ki, ilkin qaynaqlara müraciət etsin. İstər yalançı tarixçilər və təbliğatçılar tərəfindən, istərsə də gördüyümüz kimi, hökumət başçılarının özləri tərəfindən təkrar interpretasiyalara və təhrif edilmiş sitatlara etibar edənlərin sayı isə çox ola bilər.

Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov da Nikol Paşinyanın Münxen perfomansına görə utandığını gizlədə bilməyib (bax: https://ru.armeniasputnik.am/politics/20200215/22072826/Stolko-avtogolov-v-vorota-Armenii-i-Karabakha-za-chto-Sharmazanov-raskritikoval-Pashinyana.html): O, "Facebook" səhifəsində "Bir neçə dəqiqə ərzində Ermənistanın və Qarabağın qapısına bu qədər avtoqol. Böyük Tiqrandan danışarkən unutma ki, Bospor padşahlığı, Roma İmperiyası olub. Qardaş, bəlkə tarixdən danışmayasan?" sözlərini yazıb, amma doğrudur, o, Bospor padşahlığının, Roma İmperiyasının ermənilərə nə kimi aidiyyəti olduğunu izah etməyib. "Ümumiyyətlə, populizm Münxen Konfransında bir işə yaramadı", - deyə Respublika Partiyasının mətbuat katibi qarşıdurmanın ölkəsi üçün kədərli nəticəsinə yekun vurub.

Erməni yazıçısı Anna Turkotte (Anna Turcotte) Paşinyanın Münxendə çıxışını "rüsvayçılıq" hesab edib. Yazıçı Paşinyanı "tarixdən xəbərsiz", "siyasi debatlara hazır olmayan" və "Ermənistanı gülünc vəziyyətə qoyan" şəxs adlandırıb.

Ermənistanın sabiq müdafiə naziri Artak Zakaryan yazır (bax: www.lragir.am/ru/2020/02/16/166755/): "Münxendə Paşinyan-Əliyev debatları məni məyus etdi. Mən Arsax məsələsində Paşinyandan müsbət irəliləyiş və ya qərarlar heç vaxt gözləməmişəm və bunu demişəm. Münxendə baş verənlər, bu qeyri-mütəşəkkil, yarıistehzalı söhbət, yumşaq desək, bütün mümkün ümidlərimi puç etdi. Görünür, hətta Arsax münaqişəsinin nizamlanması məsələsi üzrə pauzaya davam gətirməsi belə Paşinyan üçün çətindir.

Əliyev yenidən qeyd etdi ki, onlar danışıqlar prosesində məsələni mərhələli həll yoluna aparırlar. Yəni bəzi ərazilərin qaytarılmasına, qaçqınların və deportasiya edilmişlərin yenidən məskunlaşdırılmasına, münasibətlərin normallaşmasına, sonra isə Azərbaycanın tərkibində fərəhli, qayğısız yaşayışa və s. və ilaxır.

Paşinyan Əliyevin müşahidəsinə ətraflı cavab vermədi: bir təhər Düşənbə haqqında danışdı, birbaşa efirdə Arsaxın təhlükəsizliyindən və münaqişənin tarixindən (bu zaman Məmmədyarov gülürdü) danışdı.

İştirak edənlərdə gülüş doğuran "mikro, miniinqilablar" barədə uzun söhbətlərin, öz şəxsini tərifləməyin, özünü Azərbaycan xalqının istəklərini yerinə yetirən yeganə şəxs kimi təqdim etməyin mənası nə idi? Ermənistan hundan nə udur? Məgər Paşinyan o dərəcədə sadəlövhdür ki, təriflənməyə və ya danışıqlarda Ermənistan üçün uduşlu mövqelər təmin etməyə ümid bəsləyir?

Paşinyan aparıcının "Ermənistan beynəlxalq birlikdən nə istəyir?" sualına cavabında qeyd edir ki, beynəlxalq birlik münaqişənin hərbi yolla həllinin ola bilməyəcəyini təsdiq etməlidir. Bu, bizim gözləntilərimiz olmadan da dəfələrlə edilib. Nə üçün o, Ermənistanın beynəlxalq birlikdən Arsax xalqının öz müqəddəratımı təyin etmək hüququ üçün imkanların yaradılmasını gözlədiyini qeyd etmir. Bunun müqabilində Əliyev qeyd edir ki, beynəlxalq birlik qoşunların çıxarılması məsələsində Ermənistana təzyiq göstərməlidir.

ƏIiyev bizə öz müqəddəratını təyin etmək üçün başqa yer tapmağı məsləhət görəndə, danışıqların gündəliyində bizim hər hansı marağımızı rədd etdiyinə açıq-aydın işarə edəndə, nə üçün Paşinyan yenidən Böyük Tiqranın zamanına qayıdaraq iştirak edənlərin hamısında gülüş doğurur? Keçmiş barədə xatirələrin və tarix ilə mübahisənin nə mənası var? Müharibədə qalib gəlmiş və güclü mövqeləri olan dövlətin nümayəndəsinin açıq beynəlxalq müzakirədə çıxış etmək, qorxaq, pərt və özünümüdafiə vəziyyətinə düşmək haqqı yoxdur. Görəsən, qapalı görüşlərdə də eyni şeylər baş verir? Münxendə Paşinyan-Əliyev debatlarının təhlükəsizlik nöqteyi-nəzərindən dünyaya nə verdiyini bilmirəm, amma biz ölkəmizin hərbi-siyasi təhlükəsizliyi nöqteyi-nəzərindən ciddi nəticələr çıxarmalıyıq.

Azərbaycanlılar uzun müddət "işğal edilmiş ərazilər" terminini hətta ictimai təşkilatların sənədlərinə daxil edə bilmirdilər, indi isə onu ən yüksək səviyyədə tətbiq edirlər, bizim tərəfinizdən isə cavab yoxdur".

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Münxen

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir – RƏY

Bolqarıstan parlamentinə yeni sədr seçilib

Bayramla əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 10 mindən çox müraciət daxil olub

Türkiyənin aparıcı telekanalı Azərbaycan-ŞKTR dialoquna dair reportaj yayımlayıb

“Qafqaz evi” ideyasının reallaşması üçün tarixi fürsət TƏHLİL

Yüksək Səviyyəli 29-cu Toplantının növbəti paneli “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti” mövzusuna həsr olunub

Azərbaycan çempionu ABŞ klubuna keçib

Hesablama Palatasının nümayəndə heyəti “Ali Audit Orqanlarının 3-cü SAI20” sammitində iştirak edib

Hicran Hüseynova: Azərbaycanda doğulan hər on iki uşaqdan biri talassemiya xəstəsidir

Hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Bakıda Dəniz Nəqliyyatı sahəsində İnsan Resursları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans keçirilib YENİLƏNİB

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Məhkum qadınlardan uşaqlara hədiyyə

Son beş ayda əlilliyi olan 44 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Xaricdə yaşayan Monqolustan vətəndaşları parlament seçkiləri üçün səs verirlər

105 yaşlı qadın Stanford Universitetinin magistr diplomunu alıb

Mingəçevirdəki çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

Beynəlxalq təşkilatın rəhbəri Azərbaycanın malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib

Mədəniyyət Nazirliyi: Təmir-bərpa və abadlıq işlərinə ciddi nəzarət olunur

Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq əlaqələri müzakirə olunub

Yunanıstan Afinada elektrikli taksilərin sayını on dəfə artırmağı hədəfləyir

Tədarük məntəqələrinə 230 tondan artıq yaş barama təhvil verilib

Qazaxıstanda teleproqramların yerli dildə yayımı 60 faizə çatdırılacaq

Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

Sabirabadda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək

Monteneqronun sabiq Baş naziri: COP29-a hazırlıq prosesini dəstəkləməyə hər zaman hazırıq

Azərbaycan millisinin sabiq futbolçusu klubların avrokuboklardakı şanslarını dəyərləndirib

Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketi razılaşdırılıb

Beynəlxalq Muğam Mərkəzində “Pianissimo” adlı duet konsert təqdim edilib

Baş prokuror Qazaxda vətəndaşları qəbul edəcək

Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunun açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

“Arxeologiya sahəsində Azərbaycan-Koreya elmi əməkdaşlığı” - beynəlxalq konfrans

Türkiyə Prezidenti gələn ay dörd ölkəyə səfər edəcək

“Business Standard”: Bu il 4,3 min nəfər milyonçu Hindistanı tərk edə bilər

Məhəmməd Füzulinin 530 illiyinə həsr edilən muğam gecəsi təşkil olunub

İyunun sonunda Ursula Fon der Lyayenin taleyi həll olunacaq

Qazaxıstanda üç xarici universitetin kampusu açılacaq

IOTA-nın 2024-2025-ci illər üzrə prezidentliyi Azərbaycana həvalə edilib VİDEO

Azərbaycanın 3 yunan-Roma güləşçisi BRICS Oyunlarında medal qazanıb

Türkiyə qaz idxalı həcmini azaldıb

Azərbaycan, Türkiyə və Rusiyanın kimyaçı alimləri mühüm elmi nəticə əldə ediblər

Ötən il Türkiyənin idxal etdiyi qazın 20 faizdən çoxu Azərbaycanın payına düşüb

Paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 13 medal qazanıblar VİDEO

Qazaxıstan parlamenti Senatı TDT ilə yükdaşımalar sahəsində sazişi təsdiqləyib

Əbdüləziz əl-Tüveycri: COP29 böyük imkanlara malik ölkədə keçiriləcəyinə görə uğurlu olacaq

İştvan Apati: Azərbaycan və macar xalqları bütün çətinliklərə rəğmən yeni başlanğıc üçün özlərində güc tapa biliblər

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb

Azərbaycanlı aktrisa “Debütlərin Birliyi” beynəlxalq mükafatının laureatı olub

Aİ səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketini razılaşdırıblar

Vladanka Andreyeva: COP29 gənclərin səsinin eşidilməsi üçün yaxşı fürsətdir

Azərbaycan klubu milli komandanın voleybolçusunu transfer edib

Filip Vuyanoviç: Azərbaycan ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının idarə edilməsi baxımından digər ölkələr üçün yaxşı nümunədir

"Sabah" klubunun kapitanı: Püşk qarşımıza ən çətin rəqibi çıxardı

Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri məsələləri müzakirə edilib YENİLƏNİB

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi COP29-a ev sahibliyi etməyimiz üçün bizə ilham verdi

Üç ölkənin müəyyən ərazilərinə quş qripi ilə əlaqədar tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

Ukraynalı uşaqlar Bakının tarixi yerləri ilə tanış olublar

Azərbaycanın iki parapauerliftinqçisi Dünya Kubokunda iştirak edəcək

Alman professor: Azərbaycan vətəndaşları sığorta risklərini necə həll edəcəklərini düşünürlər

Sabah bəzi yerlərdə arabir leysan yağacağı, dolu düşəcəyi ehtimalı var

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib

Fransa-Ermənistan tandemi hər iki ölkə üçün ciddi fəsadlarla nəticələnə bilər ŞƏRH

UNICEF: Hava çirkliliyi qlobal miqyasda əsas ölüm faktorlarından biridir

Türk dünyası: Birlikdə yeni strateji hədəflərə doğru

Yalçın Rəfiyev: COP29-a hazırlıqla bağlı görülən işlər təyin edilən vaxta uyğun gedir

Azərbaycan paraüzgüçüsünə “Paris-2024”də iştirak hüququ verilib -EKSKLÜZİV

Avropanın qaz ehtiyatlarının həcmi 74 faizi ötüb

ICESCO Ümumdünya Qaçqınlar Günü ilə bağlı müraciət yayıb

Ölkəmiz Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında təmsil olunub

İsmail Serageldin: Bu gün İKT sahəsi və elm təbii fəlakətləri qabaqlamağa imkan yaradır

İtalyan türkoloqun “Dədə Qorqud kitabı” ilə bağlı araşdırmaları” Azərbaycan dilində çapdan çıxıb

Polşa ukraynalı qaçqınlar üçün bəzi ödənişləri ləğv edəcək

Narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

“Defence News”: ABŞ Çinin robot-itlərinin döyüş meydanına çıxa biləcəyindən narahatdır

AFFA Premyer Liqa klubunun sabiq məşqçisini cəzalandırıb

Salvadorda leysan yağışları 11 nəfərin ölümünə, 800-dən çox insanın təxliyə edilməsinə səbəb olub

FIFA reytinqi: Futbol üzrə Azərbaycan millisi bir pillə irəliləyib

Nazir: İqlim dəyişikliyinə davamlı dünya qurmaq üçün aydın planlarla ambisiyaları gücləndirməliyik

Fərid Qayıbov: Azərbaycan əhalisinin dörddəbirini gənclər təşkil edir

Azərbaycanın Məhkəmə-Hüquq Şurası Koreyada keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Taxıl sahələrinin 30 faizində biçin yekunlaşıb

Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində "Elm, texnologiya və innovasiyanın rolu” mövzusu müzakirə olunub YENİLƏNİB

BDU alimlərinin nanokompozit materialların sintezinə dair tədqiqatları davam edir

Azərbaycan futzal millisinin FIFA reytinqindəki mövqeyi bəlli olub

Alimlər: Yer iqlimi Günəşin sıx ulduzlararası buluddan keçməsinin təsirinə məruz qalacaq

Avro-2024: Almaniya millisi öz rekordunu yeniləyib

Dünya alimləri AzMİU-da – “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri”nə həsr olunan beynəlxalq konfrans keçirilir

Ötən ay 3,2 mindən çox şəxsə proaktiv qaydada pensiya təyinatı aparılıb

Ombudsman Aparatının və Bakı Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə sahilyanı təmizlik aksiyası keçirilib

Honkonq Kore Akademiyası ilə elmi əməkdaşlıq məsələləri müzakirə edilib

Bakıdakı Rus evində Maksim Qorkinin Bakı səyahəti barədə mühazirə oxunub

“Zəngi qəzeti”nin qadın müxbirləri - Araşdırma

Ağdamın 3 kəndinə yeni elektrik xətlərinin çəkilişi nəzərdə tutulub

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi (ikinci cəhd) keçiriləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri: Biz əhalinin xərclərini öz üzərimizə götürürük

Türkiyənin 2 vilayətində 5 terrorçu zərərsizləşdirilib

Ekvadorda kəskin hava şəraiti 126 nəfəri evsiz qoyub

® “STP Şirkətlər Qrupu” yeni əməkdaşlığa imza atıb

ASA: Azərbaycanda sığorta xidmətləri penetrasiyasının böyüməsi üçün potensial var