İLİN İLK İKİ AYINDA BÜDCƏ DAXİLOLMALARI XEYLİ ARTMIŞDIR
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2004-cü ilin ilk iki ayında dövlət büdcəsinə 889,6 milyard manat, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,2 faiz çox vəsait daxil olmuşdur. Gəlirlərin 618,5 milyard manatı Vergilər Nazirliyi, 170,9 milyard manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanmış, 2,3 milyard manatı İqtisadi İnkişaf Nazirliyi, 97,9 milyard manatı isə büdcədənkənar fondlardan və sair mənbələrdən əldə edilmişdir.
İki ay ərzində büdcədən 700,2 milyard manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 188,3 milyard manat çox vəsait xərclənmişdir. Büdcədən ayrılmış vəsaitin 89,9 milyard manatı iqtisadiyyatın inkişafına, 165,9 milyard manatı sosial müdafiə və sosial təminata, 126,4 milyard manatı isə təhsilə yönəldilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:37]
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək
- 30.09.2026 [15:35]
Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [15:09]
Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [14:31]