İLİN YEKUNLARINA GÖRƏ YÜKSƏK NƏTİCƏLƏR GÖSTƏRMİŞ ŞAHMATÇILAR MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, dekabrın 25-də respublika Şahmat Federasiyasında 2007-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan şahmatçılarının builki nailiyyətlərini yüksək qiymətləndirən federasiyanın prezidenti Elman Rüstəmov bildirmişdir ki, ölkəmizdə idmanın, xüsusən də şahmatın inkişafı Prezident İlham Əliyevin bu sahəyə böyük diqqət və qayğısı ilə sıx bağlıdır. İl ərzində gənc və yeniyetmə şahmatçılarımızın dünya və Avropa çempionatlarında və digər beynəlxalq yarışlarda qazandıqları uğurlar bu qayğı və diqqətin bariz nümunəsidir. E.Rüstəmov demişdir ki, təkcə bu il Azərbaycan şahmatçıları beynəlxalq səviyyəli yarışlarda 67 medal qazanmış, ölkəmizin idman şərəfini layiqincə qorumuşlar.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov, Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov ölkəmizdə böyük potensiala malik bu intellektual oyunun inkişaf perspektivlərindən söz açmışlar. Şahmatçılarımızın Avropa çempionatında ilk dəfə olaraq bürünc medal qazandıqlarını xüsusi vurğulayan natiqlər Azərbaycanın qitə miqyasında ən güclü və perspektivli idmançılara malik olduğunu bildirmişlər.
Tədbirin sonunda il ərzində beynəlxalq yarışlarda uğurlu nəticələr göstərmiş şahmatçılar mükafatlandırılmışlar. Fərqlənmiş şahmatçılara pul mükafatları və qiymətli hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]