İMAMIN TALEYİNİ İRAQ MƏHKƏMƏSİ HƏLL EDƏCƏK
Baş nazir qeyd etmişdir ki, Nəcəf şəhərində keçən il aprelin 10-da şiə lideri Əbdül Məcid əl-Xoinin ölümündə günahlandırılan imam əs-Sədr “məhkəmə orqanlarının ixtiyarına veriləcəkdir”.
İraqın keçid hökumətinin başçısı bildirmişdir ki, indi bütün hərbləşdirilmiş birləşmələrin buraxılması barədə fərman hazırlanır. Bu fərman Səddam Hüseyn rejiminə qarşı mübarizə aparan silahlı qruplara və koalisiya qüvvələrinə qarşı təxribatlar törədən partizan dəstələrinə də aiddir. Əllayinin dediyinə görə, Nəcəf və Kufə şəhərlərində yaradılan özünümüdafiə dəstələri də buraxılacaqdır.
Kürd partiyaları və İslam inqilabının Ali Şurası, eləcə də “Mahdi ordusu” hələlik baş nazirin bəyanatına münasibət bildirməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]