İMİŞLİ ŞƏHƏRİNƏ YENİ SU KƏMƏRİ ÇƏKİLMİŞDİR
İmişli şəhərinin əhalisi bundan sonra içməli sudan korluq çəkməyəcəkdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yeni su kəməri Almaniyanın Yenidənqurma və İnkişaf Bankının ayırdığı 6 milyon marka məbləğində uzunmüddətli kredit hesabına çəkilmişdir. Araz çayının yaxınlığında 3 ədəd subartezian quyusu qazılmış, təmizləyici və xlorlaşdırıcı qurğular, nasos stansiyaları quraşdırılmışdır. Bəhpamtəpə-İmişli magistral su kəmərində 2 kilometr uzunluğunda boru təzələnmiş, şəhərdaxili su xətləri yeniləri ilə əvəzlənmişdir.
Sifarişçisi Almaniyanın “Berliner Vasser Detibe” şirkəti olan layihənin həyata keçirilməsi ilə bu ölkənin “Qabek” şirkəti və Dövlət Tikinti və Arxitektura Komitəsinin ixtisaslaşdırılmış inşaat dəstəsi məşğul olmuşdur.
Kəmərin istifadəyə verilməsi mərasimində iştirak edən Almaniyanın Bakıdakı səfiri Klaus Qrevlix İmişlinin su şəbəkəsinin Azərbaycan hökuməti ilə Almaniya Federativ Respublikası arasında maliyyə və texniki əməkdaşlıq çərçivəsində yenidən qurulduğunu, ölkəmizdə infrastrukturun inkişafına bundan sonra da kömək göstəriləcəyini vurğulamışdır. Səfir demişdir ki, İmişli şəhərində həyata keçirilən layihə pilot layihədir və Gəncə, Mingəçevir və Şəki şəhərlərinin də su şəbəkəsi kompleksi yenidən qurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]