İMİŞLİDƏ ŞƏKƏR ZAVODU SÜRƏTLƏ TİKİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, işə 300 adam cəlb olunmaqla az müddətdə 5 min kvadratmetrlik inşaat sahəsi hasara alınmış, inzibati binalar, yaşayış evləri və anbarlar tikilmiş, əsas istehsalat korpusunun bünövrəsi qoyulmuş, ərazidə örtülü drenajlər çəkilərək, baş kollektora birləşdirilməklə şor sular qurudulmuşdur.
Şirkət İmişli bələdiyyəsindən 74 hektar torpaq sahəsi satın alaraq, onu birdəfəlik xüsusi mülkiyyətə keçirməklə, yardımçı təsərrüfat da yaratmışdır.
İldə 360 min ton şəkər çuğunduru emal etmək gücündə zavodun işə salınması burada 450 adamın daimi işlə təmin olunmasına imkan yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:53]
Azərbaycan-Yunanıstan biznes forumu baş tutub
- 01.10.2026 [12:42]
“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq
- 01.10.2026 [12:33]