İmran Muxtarov: Azərbaycan kosmos mərkəzi kimi regional rolunu daha da möhkəmləndirir
Bakı, 16 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Azərbaycan regionda kosmik fəaliyyətlərin əsas mərkəzinə çevrilməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) Kosmik Akademiyasının rəhbəri İmran Muxtarov Bakıda keçirilən “Qlobal Gənclər Günü” (GYC-25) tədbirində çıxışı zamanı bildirib. O qeyd edib ki, Azərbaycan “kosmik mərkəz” modelini praktik olaraq reallaşdırır və bu istiqamətdə müxtəlif layihələr həyata keçirir: “Ölkəmiz həm Mərkəzi Asiya, həm də daha geniş coğrafiya üçün strateji rəqəmsal kosmos mərkəzinə çevrilmək yolunda ciddi addımlar atır”.
İmran Muxtarov əlavə edib ki, Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı 2025 (WTDC-25) çərçivəsində keçirilən “Qlobal Gənclər Günü” təkcə rəsmi tədbir deyil: “Bu, birlik və tərəfdaşlıq ruhunun təntənəsidir. Burada bizim arzularımız, gələcəyə dair baxışımız və dəyərlərimiz əksini tapır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:34]
Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək
- 29.09.2026 [13:12]