İndoneziya “MotoGP” yarışına ev sahibliyi edəcək
Bakı, 24 fevral, AZƏRTAC
2021-ci ildə “MotoGP” dünya çempionatı İndoneziyada keçiriləcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ölkənin ən çox turist qəbul edən bölgələrindən biri olan Lombok adası motosiklet dünyasının ən əhəmiyyətli yarışı - “MotoGP” dünya çempionatının 2021-ci il mövsümünə ev sahibliyi edəcək.
İndoneziya Turizm İnkişaf Agentliyi (İTDC) və “MotoGP” təşkilatçısı “Dorna Sports” 2021-2023-cü illərdə “MotoGP” yarışlarının İndoneziyada keçirilməsi barədə müqavilə imzalayıblar.
İTDC-nin direktoru Abdulbar M. Mansur mətbuata açıqlamasında bildirib ki, yarışın hazırlıqları sentyabr ayında başlayacaq. Çempionatadək 150 min tamaşaçı tutumuna malik arena istifadəyə veriləcək. O qeyd edib ki, 4320 metr uzunluğundakı yarış trası 18 döngədən ibarət olacaq.
Qeyd edək ki, sonuncu dəfə İndoneziyada “MotoGP” yarışları 1996 və 1997-ci illərdə Javanese adasının Boqor bölgəsində keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]