İNDONEZİYA QUŞ QRİPİNDƏN ÖLƏNLƏRİN SAYINA GÖRƏ BİRİNCİ YERİ TUTUR
Dünya Səhiyyə Təşkilatı İndoneziyada quş qripi ilə bağlı yaranmış vəziyyətdən dəfələrlə narahatlığını bildirmişdir. Kənd yerlərində təhlükəli infeksiya mənbələrinin çox olması, kəndli təsərrüfatlarına kompensasiya ödənilməsi üçün xəzinədə vəsaitin çatışmazlığı üzündən yerli hakimiyyət orqanlarının xəstə ev quşlarının kütləvi surətdə məhv edilməsi tədbirlərindən çəkinməsi vəziyyəti daha da ağırlaşdırır.
Uzun müddət quş qripindən daha çox zərər çəkən ölkə Vyetnam sayılırdı. Lakin hökumətin apardığı ciddi siyasət sayəsində son vaxtlar ölkədə epidemioloji vəziyyət xeyli yaxşılaşmışdır. İlin əvvəlindən Vyetnamda quş qripindən ölüm halı qeydə alınmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]