İnformasiya Texnologiyaları İnstitutu Özbəkistanın müvafiq qurumları ilə birgə elmi-tədqiqat aparacaq
Bakı, 28 iyun, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Özbəkistanın ölkəmizdəki səfirliyinin humanitar məsələlər üzrə attaşesi Oybek Əkrəmovla görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyev iştirak ediblər.
Qonağa institutun fəaliyyət istiqamətləri, əldə etdiyi nailiyyətlər, kadr potensialı, texnoloji təchizatı, beynəlxalq əlaqələri haqqında məlumat verilib. Tərəflər institutla Özbəkistanın müvafiq qurumları arasında əməkdaşlıq məsələlərini, o cümlədən birgə elmi-tədqiqatların aparılması və toplantıların keçirilməsi, təcrübə və kadr hazırlığı mübadiləsinin perspektivlərini müzakirə ediblər.
Özbəkistanlı diplomat institutun elmi laboratoriyalarının, eləcə də, “AzScienceNet” şəbəkəsinin, Təhsil-İnnovasiya Mərkəzinin, Multimedia Mərkəzinin, Elektron Kitabxana Mərkəzinin fəaliyyəti, bu struktur bölmələrində yaradılan şəraitlə tanış olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:21]
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 15.10.2026 [10:32]