İngiltərə Premyer Liqası: London derbisində “sülh”
Bakı, 4 yanvar, AZƏRTAC
Yanvarın 3-də İngiltərə Premyer Liqasının 22-ci turunun sonuncu matçı keçirilib.
AZƏRTAC xəbər verir ki, tura “Arsenal” ilə “Çelsi” arasında keçirilən London derbisi ilə yekun vurulub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 2:2 hesabı ilə başa çatıb.
Matçın birinci hissəsində hesab açılmayıb. İkinci hissəyə sürətli hücumlarla başlayan “Arsenal” matçın 63-cü dəqiqəsində hesabı açıb. “Topçular”ın heyətində Cek Vilşer fərqlənib. Bundan sonra “Çelsi” hücumlarının kəsərini artırıb. Bunun məntiqi nəticəsi kimi, Antonio Kontenin yetirmələri Eden Azar və Markos Alonsonun qolları ilə hesabda irəli çıxıblar 2:1. Lakin “Zadəganlar” üstünlüklərini qoruya bilməyiblər. Matçın sonuncu dəqiqələrində Hektor Bellerin “Arsenal”a bərabərlik gətirən qolu vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]