İngiltərə Premyer Liqası: “Mançester Siti”dən vacib qələbə
Bakı, 23 aprel, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasında XXXIV tura start verilib.
AZƏRTAC xəbər verir ki, açılış oyununda Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan "Mançester Siti" və "Aston Villa" komandaları üz-üzə gəlib. "Etihad" stadionunda keçirilən qarşılaşma "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesab erkən qolla açılıb. Meydan sahiblərinin heyətində Bernardu Silva 7-ci dəqiqədə komandasını önə keçirib. Cəmi 11 dəqiqə sonra qonaqlar tarazlığı bərpa ediblər. Markus Reşford penalti zərbəsini dəqiq yerinə yetirib. İlk hissə bu hesabla başa çatıb. İkinci yarı da qarşılıqlı hücumlar şəraitində keçib. Matçda sonuncu qol isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə vurulub. Mateus Nunyeş oyunda son nöqtəni qoyub.
Bu qələbədən sonra xallarını 61-ə çatdıran "Mançester Siti" turnir cədvəlində 3-cü pilləyə yüksəlib. "Aston Villa" isə 57 xalla 7-ci sırada qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]