İngiltərədə həkimlər 5 günlük tətilə başlayıblar
London, 14 noyabr, AZƏRTAC
İngiltərədə həkim-rezidentlər uzun müddətdir davam edən əməkhaqqı mübahisəsi fonunda beşgünlük tətilə başlayıblar.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu, Britaniya Tibb Assosiasiyasına üzv olan həkimlərin artıq 13-cü tətil aksiyasıdır. Həkim-rezidentlər xəstəxanalardakı tibbi heyətin təxminən yarısını təşkil etdiyinə görə ən böyük yük məhz xəstəxanaların üzərinə düşəcək.
İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) xidmətlərin böyük hissəsini fəaliyyətdə saxlamağa çalışdıqlarını bildirib. Qurumun hesablamalarına görə, beşgünlük tətilin sistemə əlavə maliyyə yükü 240 milyon funt sterlinq olacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]