İNSAN HÜQUQLARI DİQQƏT MƏRKƏZİNDƏDİR
Həmin tövsiyələrin icrası məqsədilə insan haqlarının müdafiəsi, o cümlədən məhkumların hüquqlarının qorunması, onların saxlanılması şəraitinin yaxşılaşdırılması üzrə bir çox təşkilati və digər tədbirlər görülmüşdür.
Bu günlərdə ölkəmizə səfərə gəlmiş İşgəncələrə Qarşı Avropa Komitəsinin nümayəndə heyəti Komitənin tövsiyələrinin icrası vəziyyəti ilə tanış olmuş, cəzaçəkmə yerlərinə və həbsdə saxlanılan şəxslərə baş çəkmiş, Ədliyyə Nazirliyi və digər dövlət strukturlarının rəhbər işçiləri ilə görüşmüşlər.
Qonaqları qəbul edən ədliyyə naziri Fikrət Məmmədov ümumbəşəri demokratik dəyərlərə daim sadiq olan Azərbaycan Respublikasında insan haqlarının təmin olunmasına və cəza siyasətinin humanistləşdirilməsinə yönəlmiş islahatlar barədə məlumat vermiş, məhkumların hüquqlarının qorunması və penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirləri qeyd etmiş, İşgəncələrə Qarşı Konvensiyanın tələblərinin daim diqqət mərkəzində saxlanıldığını vurğulamış, qonaqları maraqlandıran suallara ətraflı cavablar vermişdir.
Onların fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığına görə minnətdarlığını bildirən qonaqlar Komitənin tövsiyələrinin icrası sahəsində ölkəmizdə, xüsusilə Ədliyyə Nazirliyi tərəfindən görülmüş işləri yüksək dəyərləndirmiş, həbsdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi üzrə əlavə tədbirlərlə maraqlanmış, qaldırdıqları məsələlərə aydınlıq gətirilərək, əhatəli məlumatlar verilməsindən razı qaldıqlarını vurğulamışlar.
Tədbirdə ədliyyə nazirinin müavini, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Aydın Qasımov iştirak etmişdir.