“İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ STANDARTLAR” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 11-də Ombudsman Aparatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının təşkilatçılığı ilə keçirilən “İnsan hüquqlarına dair beynəlxalq standartlar” mövzusunda iki günlük seminar işə başlamışdır.
Ombudsman Elmira Süleymanova son dövrdə əldə olunan nailiyyətlərdən danışmışdır. E.Süleymanova insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər, təsisatın fəaliyyəti, dövlət orqanları və vətəndaş cəmiyyəti ilə qurulan işgüzar əlaqələr, insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının tətbiqi ilə bağlı keçirilən ictimai dinləmələrdən danışmışdır.
Seminarda çıxış edənlər əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat vermişlər. Qeyd edilmişdir ki, Azərbaycan 235-dən çox beynəlxalq konvensiyaya qoşulmuşdur. Ölkəmiz insan hüquqlarına dair ən vacib ümumdünya və regional sazişlərdə iştirak edir, bu sənədlərdən irəli gələn öhdəliklər ardıcıl icra olunur.
Milli Məclisin deputatalarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə beynəlxalq insan hüquları standartlarının icmalı, insan hüquqlarının qorunması və təşviqində parlament üzvlərinin rolu və s. məsələlər barədə məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]