İntensiv yağışlar bəzi çaylarda daşqına səbəb olmuşdur
Bakı, 17 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində müşahidə olunmuş hava şəraitinin icmalını hazırlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hava şəraiti qeyri-sabit keçmiş, əksər rayonlarda yağış yağmış, şimşək çaxmışdır.
Düşən yağışın miqdarı Rvarudda (Lerik) 35, Kişçayda (Şəki) 38, Başdaşağılda (Şəki) 24, Şəkidə 22, Balakəndə 21, Daşkəsəndə 15, Mingəçevirdə 14, Lənkəranda 12, Göygöldə (qoruq) 11, Naftalan, Şəmkirdə 10, Zaqatalada 9, Sarıbaş (Qax), Xınalıq (Quba), Gəncədə 6, Ağstafada 5, Gədəbəy, Astara, Yardımlıda 3, Salyan, Tovuzda 2, Bərdə, Oğuz, Şamaxı, Göytəpədə 1, Göyçay, İmişli, Tərtər, Mərəzə, Ələtdə 0,0-0,7, Naxçıvan MR-da 1-2 millimetr olmuşdur.
İntensiv yağışlar nəticəsində Kişçay, Şinçay, Əyriçay, Başdaşağılçayda sululuq artmış, qısamüddətli daşqın keçmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]