İNTENSİV YAĞIŞLAR VƏ KÜR ÇAYINDA SUYUN SƏVİYYƏSİNİN QALXMASI AĞCABƏDİDƏ GƏRGİN VƏZİYYƏT YARATMIŞDIR
Ağcabədi, 6 may (AZƏRTAC). Aprelin 24-dən başlayan aramsız yağışlar və Kür çayında suyun səviyyəsinin artması laçınlı məcburi köçkünlərin Ağcabədidə məskunlaşdığı Taxtakörpü ərazisində gərgin vəziyyət yaratmışdır.
Laçın rayon fövqəladə hallar komissiyasından bildirmişlər ki, Kürqırağı ərazidə yerləşən Mişni, Abışbəyli, Alxaslı, Qarıqışlaq və Çıraqlı obalarında 165 evi su basmış, 9 ev uçmuş, 25 ev qəzalı vəziyyətə düşmüşdür. Evləri uçmuş ailələr obalardakı məktəb, xəstəxana və digər binalarda yerləşdirilmişdir. İlkin hesablamalara görə, rayon sakinlərinə 100 min manatadək ziyan dəymiş, 700 hektaradək taxıl və yonca sahəsi su altında qalmışdır.
Hazırda bütün qüvvələr yaranmış vəziyyətin aradan qaldırılmasına yönəldilmişdir. Taxtakörpü fin qəsəbəsində, Şeylanlı, Qarakeçdi, Fingə, Katos, Mirik obalarında evlərə dolmuş su 15 nasos vasitəsilə kənara axıdılır. Ərazidə aparılan işlərə 400 sakin, Fövqəladə Hallar Nazirliyinin mobil qrupu, Laçın və Ağcabədi rayon suvarma sistemləri idarələrinin, Sabirabad bəndatma idarəsinin 10 müxtəlif texnikası cəlb edilmişdir.
Xatırladaq ki, Laçın Rayon İcra Hakimiyyətində müşavirə keçirilmiş, yaranmış vəziyyətlə əlaqədar tədbirlər müəyyənləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]