İNTERNET İSTİFADƏÇİLƏRİNİN SAYI 500 MİN NƏFƏRƏ ÇATMIŞDIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda internet istifadəçilərinin sayı 500 min nəfərə çatmışdır. Bakıda və bəzi rayonlarda təxminən 450-dən çox internet-klub açılmışdır. Onlar əsasən özəl sektor tərəfindən yaradılmışdır. Ölkənin müxtəlif regionlarında yerləşən 20-dək mərkəzdə əhaliyə internetə çıxışla yanaşı, kompüter bilikləri öyrədilir. Respublikada 22 internet provayderi xidmət göstərir və bunlardan yalnız ikisi dövlət müəssisəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]
“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb
- 07.10.2026 [14:53]