İORDANİYA İRAQA İKİ HƏRBİ TƏYYARƏ SATMIŞDIR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, İordaniya İraqın dirçəldilməkdə olan hərbi hava qüvvələrinə özünün istehsal etdiyi iki kəşfiyyat təyyarəsi satmışdır. Ümumiyyətlə, İraq HHQ havadan kəşfiyyat və aerofoto çəkilişlər aparmaq üçün xüsusi cihazlar quraşdırılan 14 bu cür təyyarə alacaqdır. Bununla əlaqədar bağlanmış müqavilədə ay yarım ərzində 15 təyyarəçinin təlim keçməsi də nəzərdə tutulur.
İordaniya təyyarələrindən İraq sərhədləri boyunca havadan kəşfiyyat aparmaq, şəhərlərdə vəziyyəti müşahidə etmək, neft kəmərlərinin, avtomobil magistrallarının və digər kommunikasiyaların keşiyini çəkmək üçün istifadə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]